Yaşı 50 dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir
Icma.az, Milli.az saytına istinadən bildirir.
Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı həkim Samir Sanqvi deyib.
"50 yaşdan yuxarı kişilər sağlamlıqlarını qorumaq üçün mütləq qan analizindən keçməlidirlər. Bir çox kişi prostat vəzi ilə bağlı müayinələrdən çəkinir, çünki rektal baxışdan qorxur. Lakin prostat xərçənginin erkən aşkarlanması üçün bu qədər narahatlığa ehtiyac yoxdur. Təkcə qan analizi vasitəsilə PSA (prostat-spesifik antigen) səviyyəsini yoxlamaq kifayətdir".
Bu analiz 50 yaşdan sonra xüsusilə vacibdir, çünki həmin yaşda prostat xəstəliklərinin yaranma riski əhəmiyyətli dərəcədə artır. Lazım gələrsə, həkimlər əlavə olaraq MRT müayinəsi də təyin edə bilərlər.
Sanqvi kişilərə xərçəng əlamətlərini gözləmədən, profilaktik müayinələrdən mütəmadi keçməyi məsləhət görüb. Onun sözlərinə görə, simptomlar artıq xəstəliyin irəliləmiş mərhələdə olduğunu göstərir, çünki bu zaman böyümüş şiş sidik kanalına təzyiq göstərməyə başlayır.
İsmayıl
Milli.Az
Baxış sayı:100
Bu xəbər 13 Noyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















