Icma.az
close
up
RU
“Yaşıl Enerji Dəhlizi”ndə yeni mərhələ

“Yaşıl Enerji Dəhlizi”ndə yeni mərhələ

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Enerji Dialoqu”nda yer alan Avropa ölkələrinin sırası genişlənir

Azərbaycan və Avropa İttifaqı (Aİ) Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası barədə müzakirə aparıb. Energetika naziri Pərviz Şahbazovun Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə keçirilən görüşündə enerji sahəsində birgə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə toxunulub. M.Kuyundziç Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı və sadiq tərəfdaş olduğunu vurğulayaraq hazırda əməkdaşlığın yeni dövürünün - bərpaolunan enerji sahəsində fəaliyyətin başlandığını, “Yaşıl Enerji Dəhlizi” layihəsinin bölgədə dekarbonizasiya proseslərinin və enerji səmərəliliyinin güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın fəal rol aldığı “Enerji Dialoqu” formatının regional əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəyi və yeni “yaşıl” “Cənub Qaz Dəhlizi” ailəsinin formalaşacağı istisna edilməyib.

Dörd ölkənin təşəbbüsü ilə...

Qeyd edək ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi  2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə ərsəyə gəlib. Dörd ölkənin imzaladığı sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında tərəflər arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin (“Qara dəniz” kabeli) icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. “Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.

Cənub Qaz Dəhlizinin “yaşıl marşrutu”

Dördlük formatı ilə regionda əməkdaşlığın genişlənməsini təşviq edən “yaşıl enerji” siyasəti Avropa İttifaqının marağına səbəb olduğundan layihəyə qoşulanlar sırasında Bolqarıstan da yer aldı. 2024-cü ildə Bolqarıstanın ardınca, Serbiya “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyini rəsmi şəkildə bəyan etdi, ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə tərəfdaş olmaq istəyini açıqladı. Həmçinin, İtaliyanın da alternativ enerji nəqli layihəsində yer almaq niyyətindən sonra Aİ şirkətləri “yaşıl enerji”nin istehsalı üzrə infrastruktur, emal və təchizat zəncirinin formalaşması üçün prosesə cəlb olundu. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assossasiyası və Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında anlaşma memorandumlarının imzalanması “yaşıl güclər”in Avropaya nəqli üçün səyləri artırdı. Bu, eyni zamanda, birmənalı olaraq Aİ dövlətlərinin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında müttəfiq olmaq maraqlarını ifadə etdi. 2024-cü il martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil edilən Yaşıl Enerji Şurasının iclasında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət tərəfindən imzalanan yeni sənədlər əməkdaşlığı həlledici mərhələyə daşıdı. 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında isə “yaşıl enerji” sahəsində yeni sazişin imzalanması ilə Aİ-Azərbaycan “yaşıl enerji” tərəfdaşlılğı iqtisadi baxımdan tam legitimləşdi.

Ərəb dövlətləri də “yaşıl ittifaqa” qoşulur

Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Nəticədə böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.

Beləliklə, Azərbaycanın 3 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan Aİ və digər region ölkələrinin sırasının genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır. Ələlxüsus da Azərbaycanın bərpaolunan enerji potensialının Avropa İttifaqına nəqli üçün beynəlxalq konsorsium formalaşdırır. “Yaşıl enerji”nin Aİ bölgəsinə 2027-ci ildə ixracına başlanması planlaşdırılır ki, bu da Azərbaycanın bölgədə yeni ixrac flaqmanına çevrilməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri