Icma.az
close
up
RU
“Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır

“Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası (COP29) Türkiyənin yaşıl enerji sahəsində böyük potensialdan istifadə olunmasının zəruriliyini nümayiş etdirdi. SİA xəbər verir ki, bunu “Sabancı” holdinqinin enerji şirkətləri qrupunun rəhbəri, “Enerjisa Enerji”nin idarə heyətinin rəhbəri Kıvanc Zaimler “Milliyet” qəzetinə müsahibəsində bildirib. Qeyd edək ki, Kıvanc Zaimler COP29 çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

O, Türkiyə hökumətinin COP29 çərçivəsində müzakirə edilən 2035-ci ilədək enerji sahəsində Fəaliyyət Planını “real, lakin nail olunması çətin” kimi səciyyələndirib.

Kıvanc Zaimlerin sözlərinə görə, bu gün dünyada günəş və külək elektrik stansiyalarının dəyəri yüksəkdir və bərpaolunan enerji mənbələrindən istehsal olunan enerji bəzi sənaye sahələrinin tələbatına kifayət etmir.

“Qazıntı yanacağından istifadə edərək istədiyinizə nail ola bilərsiniz, lakin o, ekoloji cəhətdən təhlükəlidir. Buna görə də üç amil arasında tarazlığı təmin etmək vacibdir: enerji təhlükəsizliyi, maliyyə imkanları və ətraf mühitə dəyən zərər”, - deyə Zaimler hesab edir.

“Enerjisa Enerji” idarə heyətinin rəhbəri qeyd edib ki, enerji ehtiyaclarını ödəmək üçün ən yaxşı mənbələr kömür, qaz və neft olaraq qalır, lakin iqlim problemləri var. Eyni zamanda, məhsuldarlıq baxımından günəş elektrik stansiyaları və külək elektrik stansiyaları ən gəlirli olsa da, onların tikintisinin xərcləri yüksəkdir.

Kıvanc Zaimler Türkiyə hökumətinin növbəti 11 ildə ölkənin günəş və külək elektrik stansiyalarının gücünü dörd dəfə (yəni 120 MVt-a qədər) artırmaq planlarına diqqət çəkib.

“Bu, 80 milyard dollar investisiya tələb edir, infrastrukturun modernləşdirilməsi və elektrik xətlərinin genişləndirilməsi xərcləri isə nəzərə alınmaqla, bu həcm 108 milyard dollara çatacaq. Məqsəd realdır, lakin ona nail olmaq üçün bütün strukturlar öz öhdəliklərini tam yerinə yetirməlidir. Yeni xarici investisiyaların cəlb edilməsi də vacibdir”, - deyə “Sabancı” holdinqinin nümayəndəsi bildirib.

COP29-un mövzusuna qayıdaraq, o qeyd edib ki, dünya ölkələrinin Bakı sammitində elan etdikləri iqlim üzrə maliyyələşdirmənin həcmi hələ də qlobal ekoloji böhranın nəticələrini aradan qaldırmaq üçün yetərli deyil. İnkişaf etməkdə olan ölkələr iqlim böhranının mənbəyi deyil, lakin bu gün kataklizmlərin nəticələrini ən güclü şəkildə hiss edənlərdir.

“COP29-da aparılan müzakirələr mənim fikrimi gücləndirdi ki, Türkiyənin yaşıl enerji sahəsində böyük imkanları var, xüsusən də onun Avropaya yaxınlığı nəzərə alınmaqla”, - deyə Kıvanc Zaimler fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri