Icma.az
close
up
RU
“Yaşıl Enerji Sənaye Parkı” yaradılır

“Yaşıl Enerji Sənaye Parkı” yaradılır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“China Datang Corporation Ltd.” ölkəmizdə sərmayə fəallığını artırmaq niyyətindədir

Dünyada “ağıllı texnologiyalar” və innovasiyalar üzrə mövqeyini gücləndirən Çinin tanınmış texnologiya şirkətləri Azərbaycanda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır. Çinin rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış nəhəng korporosiyalarından biri olan “China Datang Corporation Ltd” ölkəmizdə “yaşıl iqtisadiyyat”ın müxtəlif sahələrində çalışmaq niyyətini açıqlayıb. Prezident İlham Əliyevin noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünlə görüşündə “yaşıl enerji” və “yaşıl sənaye parkı” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Lü Cün bərpa olunan enerji sahələrində yeni layihələrin qiymətləndirilərək sərmayə qoyuluşu imkanlarının təmin ediləcəyini vurğulayıb.

“China Datang Corporation Ltd.” şirkətinin sədri ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilən görüşdə texnoloji innovasiyaların tətbiqi, enerjiyə keçiddə birgə fəaliyyət və “Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, lokallaşdırma və texnologiya transferi, kapital qoyuluşu məsələlərinə toxunulub. Qeyd edək ki, cari il sentyabrın 22-23-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang” arasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Tərəflər yaxın vaxtlarda layihənin texniki-iqtisadi əsaslandırma sənədini tamamladıqdan sonra parkın inşasına başlayacaq.

Azərbaycanın hədəflərinə uyğun

“China Datang Corporation Ltd.” şirkəti bir çox regionda bərpaolunan enerji güclərinin istehsalı, emalı və inteqrasiyası, külək enerjisi layihələrinin texnoloji təchizatı, enerji avadanlıqlarının tədarükü, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin texnoloji təchizatının təmin olunması və digər istiqamətlərdə təmsil olunmaqdadır. Şirkət qlobal bazarlarda rəqəmsal texnologiyalar üzrə liderlərdən biri kimi fiberoptik yaşıl kanalların çəkilişində də əsas təchizatçılardandır. Şirkət müxtəlif sektorlarda, xüsusilə də sənaye sahələrində karbon qazının idarə edilməsi və emissiyasının azaldılmasında rol oynayan müasir “ağıllı texnologiya”ların tətbiqi üzrə nüfuz qazanıb. Asiya və Avropanın bir çox regionlarında şirkətin təmsilçiliyi sayəsində sənaye və tikintidə ekoloji mühitlə bağlı layihələrdə uğurlar əldə olunub. Eləcə də elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması sahəsində bu şirkətin təcrübəsi böyükdür. Bu baxımdan “China Datang” şirkətinin təcrübəsindən ölkəmizdə də istifadə edilməsi məqsəduyğun hesab edilir.

Şirkət Azərbaycanda icra edəcəyi “Yaşıl Enerji Sənaye Parkı” layihəsi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Belə ki, “Yaşıl Enerji Sənaye Parkı” iqlim dəyişikliyi ilə bağlı dövlətin hədəflərinə çatmağa, sənayenin strukturunun de-karbonizasiyaya keçidinə uyğunlaşmasına səbəb olmaqla, yeni “yaşıl enerji” məhsullarının istehsalı zonasının yaradılmasını təmin edəcək. 2030-cu ilədək ölkəmizdə elektrik enerjisində yaşıl mənbələrin payının 35 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, karbon emissiyalarının 40 faizə qədər azaldılması planlaşdırılır. Azərbaycan “yaşıl” enerji siyasətini genişləndirməklə, yalnız ənənəvi məhsulların deyil, həm də innovativ texnologiyaların ixracını təmin etməyi hədəfləyir. Bu siyasətə uyğun olaraq sənayedə “yaşıl texnologiyaların” tətbiqi sayəsində ən innovativ sənaye sektorunun formalaşması da mümkün olacaq. Yeri gəlmişkən, Çinin əsas maliyyə donoru olduğu Asiya İnkişaf Bankı da Azərbaycanda “Yaşıl sənaye” parkları sektorlarının qurulmasına maliyyə dəstəyi verməyə hazır olduğunu bəyan edib.

“China Datang Corporation Ltd.” şirkətinin ölkəmizdə digər “yaşıl layihə”lərdə də iştirakı nəzərdə tutulur ki, bu da təmiz enerjiyə keçid transformasiyasına töhfə verə bilər. Həmçinin, Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan Xəzər-Qara dəniz- Avropa” yaşıl kabelinin çəkilişində Çinin adıçəkilən şirkəti investor və texnologiya təminatçısı kimi fəal rol oynaya bilər.

Rəqəmsal iqtisadiyyat quruculuğunda Çinin töhfəsi

Azərbaycandakı əlverişli investisiya mühiti Çinin digər korporasiyalarını da sərmayə zəncirinə qoşulmağa həvəsləndirir. Bir müddət öncə ölkəmizdə olan “China Electronics Technology Group Corporation” qrupunun baş direktoru Cu Pen bildirib ki, Azərbaycanda rəqəmsal texnologiyalar sahəsində idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlığa böyük önəm verir və şirkət süni texnologiyalar sektorunda aparıcı investorlardan birinə çevrilmək niyyətindədir. Eləcə də, “China Gezhouba Group Overseas Investment” şirkəti Azərbaycanda 2 giqavatt gücündə bərpaolunan enerji layihələrinə sərmayə qoymağı planlaşdırır. Şirkət sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi istehsalı, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı enerji” sistemlərinin qurulması, “yaşıl hidrogen” istehsalına investisiya qoyuluşu proqramını açıqlayıb və yaxın vaxtlarda niyyət sənədinin imzalanması gözlənilir. Çinin “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti isə müasir rəqəmsal infrastrukturların qurulmasında öz köməyini təklif edir.

Ümumilikdə, Çinin digər şirkətlərinin də ölkəmizin “yaşıl sektoru”na marağı böyükdür. Son aylarda bu ölkənin şirkətləri ilə bərpaolunan enerji, enerji saxlancı sistemləri və şəbəkə infrastrukturları, “ağıllı texnologiyalar”ın təchizatı, “yaşıl enerji” və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair əldə edilmiş razılıqlar yaxın perspektivdə Azərbaycanın İT və “yaşıl texnologiyalar” sektorunda Çinin böyükhəcmli sərmayə bumunun başlayacağından xəbər verir. Sərmayələrin artması isə Azərbaycanın 2030-cu ilə dair sosial-iqtisadi inkişaf prioritetlərində nəzərdə tutulan əsas hədəflərdən birinin - ölkəmizin innovasiyalar məkanına çevrilməsinin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see415

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see376

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see370

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see302

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see302

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see302

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see282

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see268

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see254

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see254

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see247

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see239

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see226

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see225

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see222

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see220

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see213

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see200

Mütəxəssisdən HPV xəbərdarlığı: Hər 5 nəfərdən 4 ü yoluxur

28 Avqust 2026 23:14see188

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri