Icma.az
close
up
RU
Yaşıl kredit verən banklar Araşdırma

Yaşıl kredit verən banklar Araşdırma

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf hədəfləri çərçivəsində yaşıl maliyyələşmə alətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə banklar enerji səmərəliliyini artıran, bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq edən və ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən xüsusi kredit məhsulları təqdim edirlər. Azərbaycanda da yaşıl kredit bazarı formalaşmağa başlayıb və bir neçə bank fərqli şərtlərlə bu məhsulu müştərilərinə təklif edir.

Bank Respublika yaşıl kreditlər üzrə 3 milyon avro ekvivalentinə qədər maliyyələşmə təklif edir. Kreditlər Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) kredit xətti çərçivəsində təklif edilir.  

Aşağıdakı şərtlərə uyğun gələn Azərbaycan şirkətləri kredit almaq üçün müraciət edə bilərlər:

Ən azı 51% xüsusi mülkiyyətdə və özəl idarəetmə uyğun İxrac üçün açıq ola biləcək sektorda fəaliyyət göstərən Azərbaycanda qeydiyyatda və fəaliyyətdə olan, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən Fərdi sahibkarlar və ya tək mülkiyyətçilər kimi təsnif edilən Tərəfdaş Bankın və ya Tərəfdaş Maliyyə Qurumunun adi maliyyə qiymətləndirməsi meyarlarına cavab verən AYİB-in Ətraf Mühit və Sosial Siyasətinə riayət edən

Həmçinin, İnvestisiya etdiyiniz əsas vəsaitlər uyğun texnologiyalar siyahısında və ya bu portala uyğun gəlirsə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən əsas məbləğin 15%-dək hissəsini keşbek qazana bilərsiniz. 

Yapı Kredi Bank Azərbaycan Enerji Effektivliyi Fondunun dəstəyi ilə 10.000.000 AZN-dək, 15 ilədək müddətə, illik 5%-dən başlayan faiz dərəcəsi ilə kreditlər təqdim edir. 

Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən istiqamətlər:
 •    enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
 •    enerji menecmenti sisteminin tətbiqi;
 •    ağıllı sayğacların və sistemlərin tətbiqi;
 •    kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
 •    bərpa olunan enerji mənbələrindən istifadə.

TuranBank ölkə ərazisində məhsulların istehsalında və texnologiyaların inkişafında istixana qaz emissiyalarının azaldılmasına nail olmaq və təmiz enerjidən istifadəni təmin etməklə ətraf mühitin qorunmasına dəstək olmaq məqsədilə 2 milyon manata qədər, 36 ayadək müddətə, 16% illik faiz dərəcəsi və 0% komissiya ilə yaşıl kredit təqdim edir. 

Kredit son 3 ilin hibrid və ya elektrikli avtomobil alışı, intensiv bağçılıq sahələrinin salınması, qaz sərfiyyatını azaldacaq yeni nəsil istixana komplekslərinin salınması və s. məqsədlərlə verilir.

Kapital Bank 50 min manatdan başlayan məbləğlər üzrə 36 ayadək müddətə 12% illik faizlə maliyyələşmə imkanı yaradır. Kredit bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, yaşıl nəqliyyat və s. yaşıl xidmətlər üçün təqdim edilir.

Azər Türk Bank isə 10 milyon manata qədər məbləğdə və 10 ilədək müddətə yaşıl kredit məhsulu təklif edir. Yaşıl kreditin verildiyi sahələr isə bunlardır: Yaşıl enerji istehsalı və istifadəsinə keçid, su ehtiyatlarının qorunması və istifadəsinə qənaət, tullantıların utilizasiyası və emalı, ekoloji təmiz məhsulların istehsalı, enerji və istilik sərfiyyatının azaldılması və s.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri