Icma.az
close
up
RU
Yaşıl rəng çox yaraşar bu şəhərə...

Yaşıl rəng çox yaraşar bu şəhərə...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Çox az yaşıllığı var Bakımızın. Betonlaşdırıblar bu şəhəri sahibkarlar, arxitektorlar, inşaatçılar, mühəndislər, xüsusilə də şirkət sahibləri. Fikirləri qalıb hündür mərtəbəli binaların təcili tikilməsində ki, satışını həyata keçirələr, mənfəətlənələr. Bu şəhərin qoynuna gündən-günə hündürmərtəbəli binalarla “beton naxışlar” vurublar. O qədər “naxış” ki, yan-yana, nəfəs-nəfəsə binalar sanki bir-birinin üstünə yıxılacaqlar...
Günəşə doğru yol alır bu binalar. Günəşin də gücü çatmır dan yerindən boylanıb bu şəhəri işığına, istisinə bürüməyə. Qoymur göydələnlər, çoxmərtəbələr, arxasında, qarşısında gizlədir Günəşi. Nəfəs-nəfəsə binalar pəncərələrimizdən əlimizi uzatsaq qonşunun pəncərəsinə çatacaq dərəcədədir. Kəsiblər insanların pəncərəsinin qarşısını bu binaları inşa edənlər. Təmiz havadan, gün işığından məhrum ediblər insanları. Pəncərələrindən yalnız betonlara baxmağı nəsib ediblər bu şəhərin sakinlərinə...
Nə bitir bu betonlaşma, nə də tükənir. Yağışdan sonrakı göbələklər kimi artır hər gün, hər saat. Betonlaşır bu şəhər, rəngli-rəngli betonlardan ibarət olur. Sağımız beton, solumuz beton, yolumuz beton, qarşıda beton, döngədə beton, nə qədər beton axı...
Bu şirkətlər tikintini planlaşdıranda-ağacları kütləvi şəkildə qırıb, yerində bina ucaltmağa başlayanda o layihələrə baxanlar olubsa, hər birində abadlıq, yaşıllaşdırma ilə bağlı hissəsi də görüblər. Lakin beton mərtəbələr səmaya yüksəldikcə, yaşıllıqlar o mərtəbələrdən çox-çox aşağılarda unudulmuş rəngə, yada düşməyən işə çevrilir. Bir təhər, alayarımçıq istifadəyə verilən binalarda şirkət sahiblərini tapa bilmirsən ki, sözünü deyəsən. Yoxa çıxırlar, gözə görünmürlər. Axı haqsızdırlar, işləri yarımçıqdır. Əksər çoxmərtəbəli binaların layihəsi yarımçıqdır, sakinlər narazıdır. Həyətlərdə nə oturmağa bir oturacaq qoyulub, nə uşaqların əylənməsi üçün qurğu. Nə də bir yaşıllıq salınıb.
Son illərdə Memarlıq və Arxitektura Komitəsi tərəfindən qaydaların hazırlanmasına və ümumi tikintinin 25 faizindən az olmayaraq yaşıllıqların olması tələbinə baxmayaraq sahibkarlar 1 santimetrə də qənaət edərək ondan gəlir qazanmaq uğrunda mübarizə aparırlar. Onlar yeni binalar inşa etməyə, yeni mənfəətlər ardınca gedirlər. Arxada qalanlar isə yarımçıq işləri özləri tamamlamalıdır. Onlar belə düşünürlər.

İnsafən parklarımız güllü-çiçəklidir. Lakin insanlar vaxt tapa bilirlərmi o gözəllikləri görməyə? Səhərdən axşamadək işdə olan insan parklardakı gözəlliklərdən də məhrum olur. Beləliklə, yalnız betonlara baxmaq məcburiyyətində qalır.
Düşünürsən ki, axı niyə insanları yaşıllıqlardan məhrum edirlər. Kimlərinsə mənfəəti xətrinə minlərlə insan nə üçün sadəcə betonlar arasında yaşamalıdır. Axı onların hüquqları pozulur. Olmaz ki, hər kəs işinə məsuliyyətlə yanaşa? İnşa etdiyi binaların yaşıllığı ilə bağlı layihələrdə göstərilənlərə riayət edə? Axı belə olarsa, heç betonlar da gözə gəlməz. Onların qarşısını yaşıllıqlar kəsər, rənginə rəng qatar. Məsələn, baxırsan ki, yeni tikili binadır, yolboyu uzatdıqca uzadıb aparılıb haradək. Qarşısında da səki, səkinin kənarları boş. Bu səki boyu ağaclar əkilsə, nə olar görəsən? Və yaxud da yeni binaların betonlaşmış həyətlərinə ağaclar əkilsə, bunun nəyi pis olar ki? İnsanların gözü gözəllik görər, həm də təmiz hava udarlar.
Yaşıllıq nə qədər zəngin olarsa, oksigen də bir o qədər bol olar. Biz nə edirik? Yaşılı ləğv edib, üzərində binalar tikir, hər tərəfi betonlarla əhatə edirik və özümüz üçün real ölüm hazırlayırıq. Bir hündürmərtəbəli binanın ətrafında ən azından 5-10 ağac yoxdursa, həmin binalarda yaşayan yüzlərlə insanın sağlamlığından söhbət gedə bilərmi? Lakin bəzən belə binaların ətrafında bir ağac belə olmur. Sanki gözlərimiz bu betonlaşmaya öyrənib, yaşıl rəngi ağlımıza belə gətirmirik. Səsimizi qaldırmırıq, həyəcan təbilini çalmırıq, özümüz bir yana, gələcək nəsillərimiz üçün təhlükəni uzaqlaşdırmırıq. Sadəcə bu, belə də olmalıdır kimi həyatımıza davam edirik. Sahibkarlar da bundan yetərincə istifadə edirlər.
Bu şəhərə niyə yağış yağmır, düşünən varmı? Çünki bu şəhər yaşıllıq qıtlıqı yaşayır. Yağışın çox yağma səbəbi yaşıllıqlardır, onların yaratdığı rütubət, buxarlanmadır. Yağışsız, yaşıllıqsız, küləkli şəhərdə insan sağlamlığı yalnız təhlükə qarşısında ola bilər.
Rayonlarımızda hər kəs Bakıdan giley edir, deyir ki, əşi, orada nəfəs almağa hava tapa bilmirsən. Bunun günahı Bakıda deyil, günah yaşıllıqlara qarşı çıxanlardadır. Təmiz havanı, bol oksigeni, yağışı, sərinliyi yaşıllıqlar yaradır. Bu şəhərdə yaşayan insanların bəxti onda gətirib ki, burada dəniz var, yoxsa bu qədər yaşıllıq qıtlığı ilə hansı problemlərlə üzləşərdilər, Allah bilir. Elə yetərincə üzləşirik də. İnsanların bronxial astma, ürək çatışmazlığı, çiyər problemləri bu şəhərin yaşıla aclığındandır. Belə gedərsə, qarşıda insanları nələr gözləyir, bu barədə düşünmək lazımdır. Nə qədər ki, gec deyil, ağac əkməyə başlamalıyıq.
Həqiqətən bu şəhər çox gözəldir, müasirdir, inkişaf edir hər gün. Bu şəhər adi şəhər deyil, özünəməxsusluqları ilə seçilən şəhərdir. Qədimdir, həm də müasirdir. Dünəni yaşadılan, bu günü gözoxşayan, heyrətamiz mənzərəli, gözəlliyi ilə fəxr etdiyimiz şəhərdir. Bu şəhər rəngli şəhərdir. Son illərin möhtəşəm tikililəri bu rənglər palitrasını daha zənginləşdirib. Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Beynəlxalq Muğam Mərkəzi, Milli Gimnastika Arenası, Milli Olimpiya Stadionu, Su İdman Mərkəzi və saydıqca saya biləcəyimiz onlarla bina füsunkarlığıdır bu şəhərin. Rəngləridir bu şəhərin. Bu rənglərin içərisində isə yalnız yaşıl azlıq təşkil edir. Hansı ki, yaşıl bu rənglərin hər biri ilə gözəl harmoniya təşkil edər, həm gözəlliyə, həm də sağlamlığa xidmət edə bilər.
Demirik ki, ağaclar əkilmir. Əkilir, aksiyalar, iməciliklər keçirilir, bağlar salınır, lakin yaşıl rəng azlıq edir bu şəhərə. Çünki bu şəhər yaşıllaşmaqdan çox betonlaşır. Biz bu cür möhtəşəm binaları inşa edənləriksə, göydələnləri buludlara çatdıranlarıqsa, nədir bizim əlimizdə yaşıl rəngi artırmaq?..
Bu gözəl şəhər yaşıl rəngə ehtiyaclıdır. Onun hər rəngdə libası var, yaşılın da istəyir. Gəlin bu doğma, əziz şəhərimizin istəyi naminə onu yaşıl rəngə qərq edək. Bu şəhəri daha da betonlaşmağa qoymayaq. Çünki ona yaşıl rəng çox yaraşar...
Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri