Icma.az
close
up
RU
Yaşıl rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri müzakirə olunub

Yaşıl rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri müzakirə olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti birgə elmi seminarda institutun əməkdaşı Xəyalə Əbdülhüseynovanın “Yaşıl rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı üzrə beynəlxalq təcrübənin müqayisəli analizi” mövzusunda məruzəsi dinlənilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminarı institutun şöbə müdiri professor Əlövsət Əliyev açaraq qeyd edib ki, sürətli texnoloji inkişaf və rəqəmsal alətlərin geniş tətbiqi həyatın bütün sahələrini dəyişdirir, eyni zamanda, yeni ekoloji çağırışlar yaradır. Rəqəmsallaşmanın ekoloji aspektdə düzgün idarə olunması dayanıqlı inkişaf strategiyalarının hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır və yaşıl rəqəmsal iqtisadiyyatın formalaşmasına şərait yaradır.

Daha sonra X. Əbdülhüseynova məruzədə rəqəmsal və yaşıl iqtisadiyyatın mahiyyəti, onların qarşılıqlı əlaqəsi və rəqəmsal texnologiyaların ətraf mühitə təsiri barədə məlumat verib. O bildirib ki, rəqəmsallaşma enerji səmərəliliyinin artırılması və resursların optimallaşdırılması üçün imkanlar yaratsa da, elektron tullantıların artması və enerji istehlakının yüksəlməsi kimi riskləri də mövcuddur. Beynəlxalq təcrübə müqayisə edilərək BMT, Dünya Bankı və digər qurumların strateji yanaşmalarının əhəmiyyəti qeyd edilib.

Məruzədə, həmçinin rəqəmsal yaşıl iqtisadiyyat modelinin inkişafında mövcud texnoloji, sosial və institusional çağırışlar — infrastrukturun qeyri-bərabərliyi, maliyyə məhdudiyyətləri, kadr çatışmazlığı və normativ çərçivələrin yetərsizliyi vurğulanıb.

X. Əbdülhüseynova Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr, yaşıl enerji zonaları, bərpa olunan enerji təşəbbüsləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə məlumat verib.

Sonra dosent Bikəs Ağayev təbii resurslardan səmərəli istifadə və innovativ texnologiyaların tətbiqinin yaşıl iqtisadiyyat üçün önəmini qeyd edib. O, elektron avadanlıqların artan istifadəsi nəticəsində yaranan e- tullantıların idarə olunmasının vacibliyini vurğulayıb.

Sonda professor Əlövsət Əliyev bildirib ki, rəqəmsal texnologiyaların – süni intellekt, Big Data, IoT və digər innovasiyaların – yaşıl iqtisadiyyata inteqrasiyası ekoloji dayanıqlılığı gücləndirəcək və gələcəyin davamlı iqtisadi modelini formalaşdıracaq.

Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb və tədqiqat nəticələri əsasında məqalə hazırlanaraq nüfuzlu elmi jurnala təqdim edilməsi tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see184

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see141

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see135

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri