Icma.az
close
up
RU
Yaşıl Zonanın açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

Yaşıl Zonanın açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmaların iştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündə qapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcək silsilə tədbirlərin ilk buraxılışını təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, proqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub.

"Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları" mövzusunda maraqlı tərəfləri bir araya gətirən bu tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.

Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədə müzakirələri dinləyiblər.

Qeyd edək ki, COP29 konfransının ilk günündə fərqli şirkətlər tərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpa olunan enerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıq uğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlim dəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digər mövzuları əhatə edən müzakirə və seminarlar eyni zamanda dinamik "Extreme Hangout" sahəsində təşkil olunan performans və interaktiv sessiyalarla və ümumilikdə Yaşıl Zonanın pavilyon sahələrindəki aktivliklərlə müşaiyət olunub.

COP29 Yaşıl Zonada qarşıdakı günlərdə də fərqli formatlarda tədbirlərin keçirilməsi planlaşdırılıb. Belə ki, 22 noyabr tarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında bir sıra mövzularda panel diskussiyaları təşkil ediləcək və bu tədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri və tanınmış simaları iştirak edəcək.

Xatırladaq ki, COP29 Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə ödənişsiz əldə edə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri