Icma.az
close
up
RU
“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”

“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə mübarizə aparmasından danışıb.

Axşam.az xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ifaçı bunları deyib:

“Əksəriyyətini bu düşüncə ilə ötüşdürürəm ki, hər bir kəs səhv edə bilər. Mən ümumiyyətlə demirəm ki, haqqımda düşünənlər səhv edir. Çünki hər kəsin öz fikri, öz baxışı var. Mahnılarım haqqında da kimsə mənfi fikirdə ola bilər.
Əgər kimsə bilmədən arxamızca danışır, haqqımıza girirsə, düşünürəm və ümid edirəm ki, nə vaxtsa doğru yolu tapar. Buna görə də onların arxasınca çox düşmürəm. Elə bilirəm ki, mən hansısa məsələdə səhv etmişəmsə, onlar da bu məsələdə səhv edirlər.

Allah bizə buyurub ki, səbrli olaq. Mən də səbrin niyə bu qədər tövsiyə olunduğunu araşdırmışam. Səbr etməyən insan özündən çıxır, idarəetməni itirir. Bu halda insan gülünc və ya acınacaqlı vəziyyətə düşə bilər. Amma normal halda bu baş verməz.
Səbrim var, amma bunu asan sanmasınlar. Həyatda güclü olmağa çalışırıq. Bu gün səhnədəyik, sabah isə məhlədə ola bilərik. Həyat təkcə çalıb-oxumaqdan ibarət deyil".

Üzeyir qarşısına qoyduğu hədəfə çatana qədər xeyli travma aldığını bildirib:

"Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım. Acı da olsa, etiraf edəcəyəm. Bu, bizim keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 19-20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, “elə verilişlərə çıxma, nə məcburdur axı?”. Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil.

Belə bir hal var: yeni bir iş yoldaşı gələndə insanların 90 faizi onda mənfi bir şey axtarmağa çalışır. Lap sənət adamı gələndə də deyirlər ki, “bu haradan çıxdı?” Amma düşünürəm ki, biz həyatda gülə-gülə qarşıladığımız nə varsa, onları ağlaya-ağlaya yola salırıq. Bunu rişxənd mənasında yox, hər bir mənada deyirəm.

Seçim edərkən və bir insana yanaşanda ilkin mərhələdə onun mənfi tərəflərini axtarmayaq. Əgər bu yanaşmaya nəzarət etsək, heç kim travma almaz və münasibətlər daha sağlam olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri