Yasin Özcan gəlsə də, fanatlar narazıdı Beşiktaş niyə heç kimi transfer edə bilmir?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
''Beşiktaş'' transferini tamamlamaq üzrə olduğu Yasin Özcanı İstanbula gətirib.
"Football-plus.az" xəbər verir ki, gənc futbolçu Temmi Abrahamın satışının bir parçası olaraq transfer edilib. Yəni İstanbul nəhəngi ötən yay 13 milyon avroya transfer etdiyi Abrahamı 21 milyon avro və Yasin Özcan qarşılığında ''Aston Villa''ya satıb.
19 yaşlı müdafiəçi ''Kasımpaşa''nın yetirməsidi və bu klubda 94 rəsmi oyun keçirib. 2025-in yayında Özcan 7 milyon avroya ''Aston Villa''ya transfer olunmuş və mövsümün ilk dövrəsini icarə əsasında ''Anderlext''də keçirmişdi. ''Ağ-qaralar'' onunla 3,5 illik müqavilə imzalayacaq. Amma Yasin Özcan təbii ki, ''qartal'' fanatlarının gözlədikləri transfer deyil. Fanatlar daha ciddi keçidlər tələb edir.
Türkiyədə cari ''pəncərə'' fevralın 6-da bağlanacaq. Bu qış Abrahamdan başqa Dəmir Ege Tıknaz, David Yurasek və Qabriel Paulista kimi isimlər ayrılsa da, hələ də ''dişə vurulası'' bir transfer yoxdu. Bu üzdən hətta ''Eyüpspor''a qarşı son matçın gedişində tribunalarda ''rəhbərlik istefa'' sədaları eşidildi.
Türkiyə mətbuatının yazdığına inansaq, İngiltərədə çıxış edən 4 futbolçu - Uilson İzidor, Tomas Souçek, Alfonso Areola və Jan Belqard ilə danışıqlar aparılır.
Bu arada ''Beşiktaş'' üzrə müxbir olan Sərcan Dikme bir ''yutub'' kanalının canlı yayınında ortaya qalmaqallı bir iddia atıb. Onun sözlərinə görə transferlərin baş tutmamasının əsas səbəbi rəhbərliyin qeyri-peşəkarlığı və səriştəsizliyidi. Dikme rəhbərliyin menecerlərlə ''instaqram''da direct, yəni adi mesaj vasitəsilə əlaqə qurduğunu iddia edib. Bu, həqiqətdisə, klubun indiyə qədər heç kimi ala bilməməsi normaldı.
Baxış sayı:40
Bu xəbər 29 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















