Yasin Qarayev 80 illik yubileyini payızda qeyd edəcək
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevin 80 yaşı tamam olur.
Yubilyar Qaynarinfo-ya açıqlamasında bildirib ki, ömrünün 52 ilini Gənc Tamaşaçılar Teatrına həsr edib.
Onun sözlərinə görə, yubiley tədbirinin yay aylarında deyil, oktyabrda keçirilməsi qərara alınıb:
"Teatr rəhbərliyi yubileyimin keçirilməsini təklif etdi. Birgə qərara gəldik ki, tədbiri oktyabr ayında təşkil edək. Hazırda yay mövsümüdür, kollektiv məzuniyyətdədir. Tamaşaçılarımızın da əksəriyyəti istirahətdə olduğundan yubileyin payızda keçirilməsi daha məqsədəuyğundur".
Yasin Qarayev yubiley gecəsinin maraqlı və yaddaqalan olacağına inandığını deyib:
"Yubiley tədbirinin hazırlanması rejissor Nicat Kazımova həvalə olunub. Əminəm ki, o, maraqlı ssenari hazırlayacaq və dəvət olunacaq qonaqlar gecədən məmnun qalacaqlar. Tədbirə sənət və elm xadimləri, eləcə də dəyərli dostlarımız qatılacaqlar".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















