Icma.az
close
up
RU
Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri

Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölçüləri də dəyişir.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, illər keçdikcə bəzi orqan və bədən hissələri uzana, enlənə, digərləri isə əksinə, kiçilə bilər.

Hansı hissələr böyüyə bilər?

Ayaqlar

Əgər əvvəllər geyindiyiniz ayaqqabı ölçüsü indi dar gəlirsə, bu, tamamilə təbii səbəblərlə bağlı ola bilər. Çünki yaş artdıqca bədən çəkisinin təsiri və gündəlik yüklənmə nəticəsində bağlar və vətərlər elastikliyini itirir, ayaq forması isə bir qədər “yastılaşır”.

Bundan əlavə, yaşla birlikdə ayaq və topuq nahiyəsində maye yığılması müşahidə oluna bilər ki, bu da şişkinlik yaradır. Baş barmağın dibində yaranan sümük çıxıntıları (bursit) da ayağın ölçüsünü artırır.

Araşdırmalara görə ayağın uzunluğu təxminən 8 millimetr, eni isə 4 millimetr arta bilər.

40 yaşdan sonra isə ayaq uzunluğu hər 10 ildə orta hesabla 3–4 millimetr böyüyür.

Burun

Burun əsasən yumşaq toxumalardan ibarətdir və zaman keçdikcə bu toxumalar elastikliyini itirərək sallana bilər. 2002-ci ildə aparılan araşdırmada burunun uzunluğunun orta yaşdan qocalığa qədər təxminən 5 millimetr artdığı qeyd olunub.

Eyni zamanda yanaqlarda yağ yastıqlarının azalması burunun daha çıxıq görünməsinə səbəb olur.

Filtrum (burunla üst dodaq arasındakı xət)

Burunla üst dodaq arasındakı şaquli çökəklik də cazibə qüvvəsinin təsiri ilə uzana bilər. Bu hissənin uzunluğu təxminən 1,8 santimetrdən 2 santimetrə yaxın ola bilər.

Dişlər

Dişlər yaşlandıqca böyümür, amma diş ətləri geri çəkildiyi üçün onlar daha uzun görünür. Gənclikdə ön dişlərin uzunluğu adətən 10–12 millimetr olur, lakin yaşla bu göstərici vizual olaraq 15–17 millimetr kimi görünə bilər.

Həmçinin dodaqların incəlməsi dişləri daha çox üzə çıxararaq “uzanma” təəssüratını gücləndirir.

Qaşlar və burun-qulaq tükləri

Başda saçların artımı zəiflədiyi halda, qaşlarda, burun daxilində və qulaqlarda olan tüklər əksinə daha uzun ola bilər. Bəzi hallarda onların uzunluğu 2–3 santometrə qədər çatır.

Bu, androgen hormonlarının təsiri və yaşlandıqca tüklərin böyüməsinə nəzarətin zəifləməsi ilə izah olunur.

Döş (sinə)

Döşləri dəstəkləyən Kuper bağları zamanla cazibə qüvvəsinin təsiri ilə dartılır. Elastik toxumalar tədricən yağ toxuması ilə əvəz olunur, estrogen səviyyəsi azalır və döş aşağı düşür. Ptozun mərhələsindən asılı olaraq məmə ucu əvvəlki yerindən bir neçə santimetr aşağı enə bilər.

Qulaq məmələri

Qulaq məmələri dəri və birləşdirici toxumadan ibarət yumşaq hissə olduğu üçün yaşla uzanmağa meyilli olur. Araşdırmalar göstərir ki, 20–60 yaş aralığında qulaq məmələrinin uzunluğu təxminən 30–35 faiz arta bilər. Buna səbəb elastikliyin azalması və cazibə qüvvəsinin uzunmüddətli təsiridir.

Hansı hissələr kiçilə bilər? Onurğa sütunu

35 yaşdan sonra insan tədricən boy itirməyə başlayır. 50 yaşdan sonra bu dəyişiklik daha nəzərə çarpır, 70 yaşa yaxın isə boyun azalması 2–3 santimetrə qədər çata bilər.

Səbəb onurğa disklərinin susuzlaşması, hündürlüyünü və elastikliyini itirməsidir.

Cinsi orqan

Yaş artdıqca qan damarlarında ateroskleroz riski yüksəlir, bu da qan dövranını zəiflədərək ereksiya qabiliyyətinə təsir edir. Eyni zamanda erektil toxumada kollagen azalır və elastiklik zəifləyir.

Araşdırmaya əsasən, ereksiya vəziyyətində uzunluq hər 10 ildə təxminən 0,7 santimetr azala bilər.

Dırnaqlar

Dırnaqların böyümə sürəti yaşlandıqca təxminən 3 dəfə zəifləyir. Yeniyetməlikdə dırnaqlar ayda 3–4 millimetr uzanırsa, 20 yaşdan sonra böyümə sürəti hər il orta hesabla 0,5 faiz azalır.

Bunun səbəbləri arasında barmaq uclarında qan dövranının zəifləməsi, mineral çatışmazlığı, hormonal dəyişikliklər, bəzi dərmanların qəbulu göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri