Yaşlı insan əylənə bilməz?! Nura Suri əsəbiləşdi
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura “qəhrəmanları” öz zəhərlərini şərhlərə töksünlər".
Ölkə.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun rep ifa etməsinə münasibət bildirərkən deyib.
"Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdi, həyat da məhkəmə.
Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın", - deyə N.Suri qeyd edib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















