Yaşlı insanlarda təzyiqi qəfil salmaq olmaz 140dan aşağı olmamalıdır
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Arterial təzyiqin 140/90-dan aşağı olması 70-80 yaşlı insanlar üçün ölüm riskini artırır.
Xüsusən infarkt, insult keçirmiş insanlarda təzyiqi qəfildən çox aşağı salmaq ölümcül ola bilər.
Medicina.az bildirir ki, bunu Berlin Tibb universitetinin tədqiqatçıları bildirib. Professor Elke Şefnerin rəhbərliyi ilə qrup 1600 nəfər, yaşı 70-i keçmiş qadın və kişinin tibbi məlumatlarını incələyib.
Ildə 2 dəfə onlar yoxlanmış, təzyiqləri ölçülmüş, dərmanlar təyin olunmuş, müxtəlif analizlər alınmışdı. 6 ildən sonra onlar arasında təzyiqin və digər faktorların ölümə səbəb olması araşdırılmışdı.
Nəticədə məlum olub ki, təzyiq dərmanlarının vasitəsilə təzyiqin 140-dan aşağı salınması müdafiə mexanizmi daşımır. 78-80 yaşlı insanlar arasında təzyiqi 140/90-dan aşağı olanlar arasında ölüm faizi daha yüksək olub, nəinki yuxarı təzyiqi olanlarda. İnsult və infarkt keçirmiş xəstələrdə də təzyiqin 140-dan aşağı salınması ölümü 61% artırıb.
Ona görə də bütün yaşlı insanlarda təzyiq 130-a salınmalıdır prinsipi tətbiq olunmamalı, xəstənin yaşı, ürək-damar vəziyyəti nəzərə alınmalıdır. Yaxşı olar ki, 70-dən yuxarı yaş qrupunda dərman və dozalar elə seçilsin ki, təzyiq 140/90 civarında qalsın.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















