Icma.az
close
up
RU
Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yıxılma yaşlılar arasında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 65 yaş və daha yuxarı şəxslər arasında xəsarətlə bağlı ölümün ikinci əsas səbəbi yıxılmalardır. Buna görə də, yaşlı şəxslərdə müntəzəm balans və hərəkətlilik testlərinin aparılması tövsiyə olunur.

“MedicalXpress” portalı xəbər verir ki, San Paulo Universitetinin Ribeirao Preto Tibb Məktəbində (FMRP-USP) aparılan araşdırmada 60-89 yaş arası 153 iştirakçı üzərində dördmərhələli tarazlıq testi keçirilib. Mövcud metod paralel ayaqlar və təkayaqlı duruşdan ibarət olsa da tədqiqatçılar bu testin proqnozlaşdırıcı gücünü artırmaq üçün metodologiyada dəyişikliklər ediblər.

Nəticələr göstərib ki, təkayaqlı vəziyyətdə qalma müddəti gələcək altı ay ərzində yıxılma riskini göstərə bilər. Hər əlavə saniyə, yıxılma ehtimalını 5 faiz azaldır. Tədqiqatçılar müəyyənləşdiriblər ki, yalnız 10 saniyəlik test ciddi tarazlıq problemləri olan şəxsləri müəyyən edə bilir və risk qrupundakı bəzi şəxsləri gözdən qaçırır. Bu səbəbdən tədqiqatçılar testin minimal vaxt limitinin 23 saniyə olmasını təklif edirlər. Bundan əlavə, tədqiqatda güc platforması vasitəsilə bədənin yırğalanması ölçülüb və bu parametrin də yıxılma ehtimalı ilə əlaqəli olduğu müəyyən edilib. Bununla belə, platformadan istifadəni məhdudlaşdıran texniki və maliyyə amilləri nəzərə alınaraq, ən çətin iki mövqedə – tandem və təkayaqlı – daha uzun müddət dayanma qabiliyyəti də effektiv göstərici kimi təsdiqlənib.

Tədqiqat nəticələri yıxılma riskinin qiymətləndirilməsini praktikada daha əlçatan və effektiv hala gətirə bilər. Yıxılmaların qarşısının alınması və müvafiq müdaxilələrin vaxtında həyata keçirilməsi üçün bu metodun tibbi müayinələrə daxil edilməsi tövsiyə olunur.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri