Icma.az
close
up
RU
Yaşlıların təcrid olunması onları zərərli psixoloji hisslərə aparır...

Yaşlıların təcrid olunması onları zərərli psixoloji hisslərə aparır...

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın Torpaq və Əhali Qeydiyyatı İdarəsinin məlumatına görə, bu ilin son 6 ayında 80 yaşdan yuxarı 738 kişi evlənib. Bu kişilər arasında ən yaşlısının 119 yaşında olduğu qeyd edilib. İran dövlət televiziyasının xəbərinə əsasən, qurumun sözçüsü Əzam Kavidil bildirib ki, həmin dövrdə 80 yaşdan yuxarı 17 qadın evlənib və onların ən yaşlısı 93 yaşındadır. İranın Gənclər və İdman nazirinin müavini Əli Rıza Rəhiminin 1 sentyabrda verdiyi açıqlamaya görə isə 45 yaşdan aşağı təxminən 17 milyon nəfər hələ evlənməyib. R.Rəhimi dövlət televiziyasına açıqlamasında bildirib: 

“45 yaşdan yuxarı kişilərin 14 faizi, qadınların isə 4 faizi heç vaxt evlənməyib. Bu vəziyyət daimi subaylıq meylinin artdığını göstərir. 45 yaşdan aşağı kişilər arasında 9,5 milyon, qadınlar arasında isə 7,5 milyon subay var.” Rəhimi əlavə edib ki, “evliliyi təşviq edən fəaliyyətlər” çərçivəsində ölkə üzrə 1.500 evlilik məsləhət mərkəzinə lisenziya verilib və ötən il nikah öncəsi 9.800 seminar təşkil olunub. Belə bir statistikanın ortaya çıxmasına 4 əsas səbəb göstərilir: iqtisadi çətinliklər, özünə inamsızlıq, qadınlar arasında feminist düşüncənin artması, kişilərdə isə məsuliyyətdən qaçma meylinin artması. 

Ölkəmizdə də vəziyyət o qədər də fərqli sayılmaz. Gənclər evlənmək, gənc qızlar ailə qurmaq istəmir. Boşanmaların sayında da artım müşahidə edilir. Ümumiyyətlə, ailə dəyərlərinin getdikcə zəiflədiyi hiss olunur. Halbuki ötən əsrlərdə azərbaycanlı xanımlar da, kişilər də vəfat etmiş həyat yoldaşına vəfa borcunu ödəyərək bir daha evlənməzdi. Boşanmış şəxslərsə “səhvi bir daha təkrarlamamağ”a çalışırdı. Və evlilikdən uzaq gəzirdi. Amma dövran, zəmanə necə dəyişibsə, indi bizim ölkədə də yaşlı insanlar arasında evlilik çox olmasa da, var, hər halda. Yaşlı kişinin gənc xanımla evlənməsi, “tarixən” mövcud olan ənənədir, amma yaşlı xanımın özündən çox gənc birisiylə evlənməsi zamanında heyrətli idisə, getdikcə adi hal almaqdadır. Ölkəmizdə yaşlı insanlar arasında evlilik nə dərəcədədir, araşdırdıqda məlum oldu ki, bizim “qocalar” da, sən demə, “az aşın duzu deyil”mişlər. Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var. Dövlət Statistika Komitəsinin 2022-ci il məlumatına görə, həmin ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub. Maraqlıdır ki, 60-dan çox yaşı olan iki bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıb. Yaşı 60-dan yuxarı olan bir kişi 25 yaşlı xanımla, altı kişi isə 30-34 yaşlı xanımlarla evlənib. 60 yaşı geridə qoyan 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub. Qadınlarla bağlı da statistika maraqlıdır. Belə ki, yaşı 60-dan yuxarı olan bir qadın 30 yaşında kişiyə ərə gedib. 60-dan çox yaşı olan başqa bir qadın 35 yaşlı kişiyə ərə gedib, üç belə yaşlı qadın isə 40-44 yaşlı kişilərlə nikaha girib. Yaşı 60-ı ötən 11 qadının nikaha girdiyi kişilər özlərindən xeyli cavan olub. Yaşı 60-ı keçən 266 qadın isə həmyaşıdları olan kişilərə ərə gedib. 


Mütəxəssislər bunu necə izah edir? 


Psixoloq Fidan İbrahimli bu fikirdədir ki, yaşlı insanlar tənha qaldıqda, yaxud da doğmaları üçün lazımsız insana çevrildikdə ünsiyyət saxlaya biləcəyi bir şəxsə ehtiyac duyur, bunun üçün vasitələr axtarır: 

- Yaşlanma, sadəcə fizioloji qocalmaya, yaşa görə fərdin gözdən düşməsidir. Yaşla gözdən düşmək mənasız və ədalətsizdir. Bunun ən pis nümunəsi, yaşlılara qocalar evində və ya hətta öz evlərində uşaq kimi davranılması və bəzən onlara zülmlə yanaşılmasıdır. Yaşlı insanların diqqət, sevgi və hörmət görməməsi, həyat yoldaşları, övladları, qohumları, ətrafı və cəmiyyəti tərəfindən qiymətləndirilməməsi və dəstəklənməməsi, “artıq işləmir” deyə bir küncə sıxışdırılması ruhi sağlamlığını pozur. Yaşlı insanların özünə inamı, özünə olan dəyəri və hörməti azalır. Qoca yaşda ünsiyyətə onların hamıdan daha çox ehtiyacı var. İnsana xas olan ünsiyyət qurma qabiliyyəti ümumiyyətlə qocalma prosesindən təsirlənmir. Əslində, qocalıqla məsuliyyətlərin azalması nəticəsində ünsiyyət arta bilər. Bu gün də “ailə” yaşlılar üçün ən vacib dəstək, dostluq və güvən mənbəyi olaraq görülür. Yaşlılar üçün ailə, qohumluq əlaqələrinin həyata keçirildiyi bir mühit olmaqdan çox, yaşlı fərdin müstəqilliyini məhdudlaşdırmadan paylaşılan bir həyat tərzi kimi qəbul edilir. Bu gün sosial dəyişikliklərlə əlaqəli qohumluq əlaqələrinin zəiflədiyi anlaşılsa da, ailə bağları ilə bağlı sevginin heç vaxt dəyişmədiyi müşahidə olunur. Sevgiyə və güvənə ehtiyac həmişə vardır. 


Psixoloq qeyd etdi ki, ailədə və ya hansısa müəssisə daxilində yaşayan yaşlı insanlar tənhalıq, təklik, təcridolunma hissi yaşayır. Və bu hiss daha böyük ölçülərdə tərkedilmə, şübhə və qorxu hisslərinin yaşanmasına səbəb olur. Və belə insanlar müxtəlif yollarla bundan xilas olmağa çalışırlar: 

- Yaşlı insan tənhalıq hiss etməsin deyə, onunla daim maraqlanmaq, ünsiyyət saxlamaq, sağlamlıq problemlərindən xəbərdar olmaq lazımdır. Yaşlı yetkinlərdə danışmağı və anlamağı çətinləşdirən sağlamlıq problemləri ola bilər. Ünsiyyət qurmadan əvvəl insanın sağlamlığını nəzərə aldığınızdan əmin olun. Məsələn, eşitmə problemləri, danışma problemləri və yaddaş itkisi ola bilər. Bu amillər ünsiyyəti çətinləşdirir. Xatırladaq ki, xronoloji yaş həmişə bir insanın sağlamlığının əsl göstəricisi deyil. Ünsiyyət qurduğunuz mühitin uyğunluğuna diqqət etməlisiniz. Ünsiyyətinizə təsir edə biləcək hər hansı bir yayındırıcı şey varmı. Yaşlı insandan yaşadığı mühitin onun üçün uyğun olub-olmadığını soruşun. Hər hansı bir narahatlıq hiss edirsinizsə, daha dinc və sakit bir yerə keçirməyə çalışın. Yaşlı insanlarla hündürdən, səsi yüksəldərək danışmaq olmaz. Bu hal onları xüsusilə narahat edir, özlərini təhqir olunmuş hesab edirlər, sanki deyilənləri anlamaq gücündə deyillər deyə, onlara nəyisə qışqıra-qışqıra başa salmağa çalışır kimsə. Səbrli olmaq, üzlərinə gülümsəmək lazımdır. İnsana, ona ehtiyac olduğu hiss etdirilməli, hətta açıq şəkildə deyilməlidir ki, sən bizə lazımsan. Tənhalıq, doğmaların uzaqlaşması, anlaşılmamaq yaşlı insanları öz həmyaşıdları ilə ünsiyyətə cəlb edir. Çünki onu başa düşən, onunla eyni düşüncədə olan insana, əslində, hər birimizin ehtiyacı var. Sadəcə, yaşlı insanlarla gənc, orta nəslin nümayəndələrinin fərqi bundadır ki, yaşlı insanlar aktiv həyatdan ayrılıblar. Səhər işə gedir, axşam evə qayıtmırlar, dost-tanış dairəsi daralıb. İş yoldaşları yoxdur, tələbə dostları da yoxdur. Onları gündəlik məişət qayğıları narahat etmir, hər gün məişət problemləri, ailə qayğıları ilə məşğul deyillər. Bir növ, asudədirlər, “işsiz”dilər. Əgər yaşlı insanlara məişətdə fəal olmaq imkanı yaradılsa, onların başı qarışacaq, özlərini daha xoşbəxt, rahat hiss edəcəklər, yararlı olduqlarını anlayacaqlar. İnsan tənhalaşdıqca, ünsiyyətə, insan sevgisinə daha çox ehtiyac duyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see316

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see191

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see184

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see177

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see166

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see153

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see146

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see131

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see128

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see128

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see127

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see127

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see127

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see124

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see123

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see122

“5 manat gəliri olana 6 manat borc verilməməlidir” AMB rəsmisi

07 Oktyabr 2025 12:00see122

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see121

BMT: Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq

07 Oktyabr 2025 12:45see121

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri