Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Yastıayaqlılıq müalicə olunurmu? HƏKİM MƏSLƏHƏTİ

Yastıayaqlılıq müalicə olunurmu? HƏKİM MƏSLƏHƏTİ

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ayaq sağlamlığı insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Ayaqlarımızda yaranan hər hansı problem bütün günümüzün narahat keçməsinə səbəb olur. Bunlardan biri də yastıayaqlılıqdır.

Bəs görəsən insanda yastıayaqlılıq niyə yaranır? Onun simptomları nələrdir? Bununla bağlı terapevt, osteopat Elfanə Süleymanovanın məlumatlarını təqdim edirik.

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda  ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlılıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.

Ayaq tağının tam və ya hissəvi olmaması yastıayaqlılıq adlanır. Yastıayaqlılıq köndələn, boylama və ya qarışıq ola bilər.  

Yastıayaqlılığın bir neçə səbəbi var. Ən əsas səbəbi isə ayaqlara düşən yükün həddən artıq olmasıdır. Bu yüklənmə həddən artıq çox və ya az ola bilər. Bu statik yastıayaqlılıq adlanır. Digər yastıayaqlıq növlərinə pəncənin paralitik, travmatik, raxitik zədələnməsi və ya anadangəlmə yastıayaqlılıq aiddir.  

Yastıayaqlılıq simptomları ilə qadınlar daha tez-tez rastlaşırlar. Risk faktorlarına artıq çəki, ayaq üstə iş rejimi, dikdaban və ya dar ayaqqabılar geyinmək aiddir. Bu faktorların nəticəsində  pəncənin kostruksiyası dəyişir. Ayaq pəncəsinin əzələ-bağ aparatı zəifləyir. Bu cür ayaq, uzun müddət bir yerdə dayanmaqdan və ya çox gəzməkdən ağrımağa başlayır.

Yerimə zamanı yastıayaqlı pəncədə normal pəncədən fərqli olaraq addımlama zamanı yaranan impuls pəncənin tağı tərəfindən zəifləmir və bütün oynaqlara ötürülür. Beləliklə dayaq-hərəkət aparatı normal fizioloji vəziyyətindən daha çox yüklənir. Bu zaman amartizator funksiyasını onurğa sütunu öz üzərinə götürür. Nəticədə onurğa sütünu boyunca çoxsaylı ağrılar, yırtıqlar, sinir köklərinin sıxılması və s. kimi problemlər yarana bilər.

Yastıayaqlılıq simptomları:

- Ayaqqabı seçimində problemlər yaranır, pəncənin eni adət etdiyiniz ölçüdə ayaqqabını geyinməyə imkan vermir.

- Ayaqda, baldırda və bud nahiyəsində günün sonunda yaranan ağırlıq və küt ağrılar. Bu ağrılar yuxudan sonra keçir.

- Baldır  əzələlərində ağrı, pəncələrdə şişkinlik, qamət pozulmaları (kifoz, skolioz)

- Ayaq baş barmağının dərisində çapıqlaşma zonaları yeriş zamanı diskomfort hissi yaradır.

- Yerişin dəyişilməsi, yerişin ritmi və sürəti dəyişir. Ayaqqabı və corabın iç tərəfi yeyilməyə başlayır.  

- Boylama yastıayaqlılıqda pəncənin ortasına təzyiq zamanı ağrı olur, pəncə yastılaşır, ayaq arxası şişkinləşir.

- Köndələn yastıayaqlılıq zamanı isə ayaq ucları enlənir.  Ayaq yastığı nahiyəsində "döyənək" yaranır. Pəncə ucları getdikcə enlənir.

Yastıayaqlılığı necə aşkar edirik? Yastıayaqlılığın müalicə üsulları

Yastıayaqlılığı çox asan bir testlə üzə çıxartmaq mümkündür. Ayaq pəncəsini hər hansı bir bitki yağı ilə yağlayıb, ağ vərəqin üstünə çıxaraq alınan şəklə əsasən ayaq pəncəniz haqqında sizə məlumat vermək mümkündür. Ayaq barmaqlarından pəncəyə kimi olan nahiyədə oymanın ölçüsünə əsasən yastıayaqlılığı təyin etmək mümkündür. Oyma nə qədər kiçikdirsə yastıayaqlılığın dərəcəsi də bir o qədər böyükdür.

Yastıayaqlılığa şübhə və ya ona səbəb olan faktorlar və simptomlar varsa, mütəxəssisə getməyi təxirə salmayın. Pəncənin bu cür vəziyyəti müalicə olunmazsa simptomlar getdikcə artacaq və yaş artdıqca şikayətlər çoxalacaq.

Bunun üçün ayaq pəncəsi və bədənin bütün sümük-oynaq sistemi osteopat həkim tərəfindən müayinə olunur, hər hansı bir oynaqda olan patologiyalar oynağın bağ aparatı və sümük sistemi arasındakı əlaqə  normal fizioloji vəziyyətə qaytarılır. Osteopat həkim öz əlləri vasitəsi ilə pasient orqanizminə müəyyən ritm və tezlikdə təsir göstərərək itirilmiş funksiyaları normallaşdırmağa və balansa qaytarmağa yönəlmişdir.

Osteopatik müalicə üsulu tamamilə ziyansızdır və əks göstərişləri yoxdur.

Ayaqdakı əzələ və bağ aparatını bu fizioloji vəziyyətdə saxlamaq üçün hər bir pasientə müvafiq olan ayaqqabı üçün içlik -supinator təyin olunur. Osteopatik müalicə ilə yanaşı supinatorlar da təyin olunarsa daha tez effekt əldə etmək mümkündür. Supinatorlar ayaq tağının itirilmiş amartizator funksiyasını əvəz edir və həkim tərəfindən təyin olunmalıdır.

Mütəxəssisə vaxtında müraciət olunarsa, bir sıra dayaq-hərəkət sistemi xəstəliklərindən sığortalanmaq mümkündür.

Milli.Az

/

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri