Yatağa girən kimi yuxulamaq XƏSTƏLİK əlaməti ola bilər
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnsan yatağa girən kimi yuxuya getməməlidir.
News24.az xəbər verir ki, bu barədə terapevt və somnoloq Sita Şah "Metro" nəşrinə danışıb.
Onun sözlərinə görə, çox tez yuxulamaq işdə həddindən artıq yüklənmədən xəbər verə bilər.
Mütəxəssisin sözlərinə görə, normal halda insana yuxuya getmək üçün 10–20 dəqiqə vaxt lazımdır. Əgər bundan daha çox vaxt tələb olunursa, bu, yuxusuzluq əlaməti ola bilər. Amma başı yastığa dəyən kimi yuxuya getmək də normal hesab edilmir:
“Əgər insan anidən yuxuya gedirsə, bu, yuxu çatışmazlığına, həddindən artıq yüklənməyə və iş rejiminin normadan artıq olmasına işarədir”.
Həkim əlavə edib ki, yuxuya getmə vaxtındakı normadan kənara çıxmaların əksəriyyəti həkim müdaxiləsi olmadan da düzələ bilər. Bunun üçün rejimi nizamlamaq, stressi idarə etməyi öyrənmək, sakit və qaranlıq yuxu mühiti yaratmaq, həmçinin həddindən artıq yorğunluqdan qaçmaq kifayətdir. (Ölkə.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Avqust 2025 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















