Icma.az
close
up
RU
Yataqxanada 1000 dollara şirkət qurdu İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu İndi 148 milyard pulu var

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Sərvətinin dəyəri bu gün 148 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğ onu planetin ən varlı 10-cu insanı edir. Söhbət "Dell Technologies"in qurucusu və baş direktoru Maykl Delldə gedir.

Bəs o bu sərvəti necə qazanıb?

Ölkə.Az Valyuta.az-a istinadən xəbər verir ki, 148 milyard dollarlıq xalis sərvətlə "Forbes"un Milyarderlər İndeksində 10-cu yeri tutan Maykl Dell şəxsi kompüter imperiyasını cəmi 19 yaşında, universitet yataqxanasındakı bir otaqda qurub.

Maykl Dell illər əvvəl verdiyi bir müsahibədə belə deyirdi:

"Birinci kurs tələbəsi olanda final imtahanlarıma bir həftə qalmış 1.000 dollarla şirkəti yaratdım. Bəlkə də çox yaxşı fikir deyildi, amma 19 yaşında olanda məntiqli düşünmək üçün lazım olan bütün bacarıqlara sahib olmursan".

Xarici mənbələrə görə, Dell uşaq yaşlarından riyaziyyata və texnologiyaya həmişə maraq göstərib. Lakin kompüterlərə xüsusi marağı Ostindəki Texas Universitetində daha da inkişaf edib.

Texas Universitetində tibb təhsili alan Dell şəxsi kompüterlərə marağını biznesə çevirmək qərarına gəlib. O dövrdə kompüterlər mağazalarda hazır paketlər şəklində satılır, istifadəçilər üçün fərdiləşdirmə imkanları isə son dərəcə məhdud olurdu. Dell bazardakı bu boşluğu erkən görür.

1984-cü ildə, universitet yataqxanasındakı otağında kompüter hissələrini ayrıca alaraq müştərilər üçün fərdiləşdirilmiş sistemlər yığmağa başlayır. Onun cəmi 1.000 dollarlıq kapitalı olur. Bu məbləğ ilk detalları almağa və kiçik elanlar verməyə kifayət edir.

Dell belə deyir:

"Kompüter alır, onun gücünü artırır, sonra yenidən satırdım. Bu həm əyləncəli idi, həm də qazanmaq üçün bir yol idi".

Daha sonra bu işin nə qədər böyük potensiala sahib olduğunu dərk edir:

"Kompüter işini daha dərindən araşdırmağa başladığımda gördüklərimdən biri bu sahənin inanılmaz dərəcədə səmərəsiz işləməsi idi. Texnologiyanın istehsalçıdan alıcıya çatması çox vaxt aparırdı. Proses həm bahalı, həm də yavaş idi".

Maykl Dellin qurduğu modelin mərkəzində bir əsas fikir dayanırdı: Kompüterləri birbaşa son istifadəçiyə satmaq və lazımsız ara xərcləri aradan qaldırmaq.

Bu yanaşma bir neçə mühüm üstünlük yaradıb:

* Hazır məhsul stoklama ehtiyacı azaldıb.
* Məhsullar müştərinin istəyinə uyğun fərdiləşdirilə bilib.
* Mağaza və distribütor xərclərinin aradan qalxması qiymətləri aşağı salıb.
* Müştəri ilə birbaşa əlaqə sayəsində məmnuniyyət və geri dönüş sürətlə yaxşılaşıb.

Bu sistem o qədər təsirli olub ki, Dell qısa müddətdə universitet ətrafında tanınmağa başlayıb və sifarişlərin həcmi sürətlə artıb.

CNBC-nin 2018-ci il məlumatına görə, Dell yataqxanada işlədiyi dövrdə ayda 50.000–80.000 dollar arasında gəlir əldə etdiyini deyir. Bu təşəbbüs həmin dövrdə 25 yaşında olan və bu gün milyarder kimi tanınan Mark Kubyenin də diqqətini çəkir. Kubyen o zaman Dallasda öz kompüter şirkəti "MicroSolutions"ı qururmuş.

Kubyen bir bloq yazısında Dellin iş yerinə səfərini belə təsvir edir:

"Müştərilərimin kompüterlərinə taxacağım sərt diskləri almaq üçün ora maşınla getdiyimi xatırlayıram. Şirkət sahibi yataqxana otağından çıxaraq kiçik bir ofis-anbara yeni köçmüşdül. Bu gənc oğlandan (Dell) o qədər təsirlənmişdim ki... O vaxt mən 25 yaşında idim və özümü ağıllı biri hesab edirdim. Ona gördüyü iş üçün təşəkkür edən məktub yazdım və belə davam edərsə, daha böyük işlərə imza atacağını söylədim".

"Dell Computer" yaradılmasından cəmi dörd il sonra, 1988-ci ildə 85 milyon dollarlıq bazar dəyəri ilə birjada listinqə çıxıb. Maykl Dell isə 1992-ci ildə "Fortune 500" şirkətlərindən birinə rəhbərlik edən ən gənc baş direktor olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri