Icma.az
close
up
RU
Yavaş yavaş bu tarfin artırılması nəzərdə tutulur Natiq Cəfərli

Yavaş yavaş bu tarfin artırılması nəzərdə tutulur Natiq Cəfərli

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bundan başqa çox güman ki, paylayıcı şirkətlərin özəlləşməsi məsələsi gündəmə gələcək"

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər – tariflər 2028-ci il iyulun 1-dən etibarən tənzimləyici tərəfindən müəyyən ediləcək. Bu qayda “Qaz təchizatı haqqında” Qanunda əksini tapıb. Yenilənən qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Qanuna əsasən, 2028-ci il iyulun 1-dən qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən), istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, həmçinin sabit tarif tənzimləyici tərəfindən müəyyən ediləcək. Yeniliklərdən biri artıq icradadır. 2026-cı il ynvarın 1-dən etibarən sabit tarif tətbiqinə başlanılıb. Abonentlər ay ərzində istifadə etdikləri təbii qaza sərfiyyata uyğun ödəniş etməklə yanaşı, 1 manat (sabit tarif) əlavə ödəməli olacaqlar. Xidmət haqqı olaraq. Bəs 2028-ci ildə əhalini təbii qazın qiymətləri ilə bağlı hansı yeniliklər gözləyəcək? 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qaz bazarında hələlik əsas yenilik sabit tarif rejiminin tətbiqidir: 

- Belə anlaşılır ki, yavaş-yavaş bu tarfin artırılması nəzərdə tutulur. 2026-da 1 manatdır, 2027-də, 2028-də neçə manat olacaq, bilinmir. Əvvəlcə 1 manat, sonrakı illərdə 2, 3, 4… manat ola bilər. Adətən qiymətlər belə qalxır. Bundan başqa çox güman ki, paylayıcı şirkətlərin özəlləşməsi məsələsi gündəmə gələcək, 1-2 ilə. Xarici şirkətlər tariflərin indidən yüksək olmasını istəyirlər ki, bu özəlləşmədə iştirak etsinlər. Ola bilər, 2028-ci ilədək tariflərin addım-addım artmasının şahidi olaq. Təəssüf ki bu perspektiv həddindən artıq real görünür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri