Yavaşın baş müşaviri: “Onun namizəd olmamaq ehtimalı yoxdur”
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankaranın bələdiyyə baqşanı Mansur Yavaşın prezidentliyə namizədliyi müzakirə olunduğu bir vaxtda onun baş müşaviri Feramuz Üstündən diqqətçəkən açıqlama gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Feramuz Üstün “Yavaşın namizəd olmamaq ehtimalı yoxdur” deyərək namizədliklə bağlı fikirlərini açıqlayıb. Son dövrlərdə Türkiyə siyasətində müxalifətdən AK Partiyaya keçidlər, konstitusiya müzakirələri, seçki gündəmi və prezidentliyə namizədliklə bağlı müzakirələr gündəmdəki aktuallığını qoruyur.
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın prezidentliyə namizədliyi ilə bağlı danışan baş müşaviri Feramuz Üstün “Sözcü” qəzetinə açıqlamasında onun mövqeyini hərbi xidmətlə müqayisə edib. Üstünün sözlərinə görə, Mansur Yavaş xidmətini vətən qarşısında borc və hərbi xidmət vəzifəsi kimi qiymətləndirir.
“Mansur başqan deyir: “Mən xidmətimi vətən vəzifəsi, hərbi xidmət vəzifəsi kimi görmüşəm. Əgər vətəndaş məndən belə bir şey gözləsə, xalqın məndən belə bir gözləntisi olsa, mən bunu hərbi xidmət vəzifəsi hesab edərəm. Vətənpərvər birinin hərbi xidmətdən yayınmaq kimi bir davranışı da olmaz””, – deyə Feramuz Üstün bildirib.
O əlavə edib ki, Mansur Yavaş hələlik qərarını verməyib. Bununla belə, Üstün M.Yavaşın namizəd olmamaq ehtimalının olmadığını vurğulayıb. “Özü hazırda qərarını verməyib, amma mənim fikrimcə, Yavaşın namizəd olmamaq ehtimalı yoxdur. Namizədlikdən geri çəkilə bilməz. Yəni cəmiyyət bunu istəyir, məsələ artıq onun özündən də çıxıb”, – deyə Üstün qeyd edib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Oktyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















