Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin müvafiq əmrinə əsasən, Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Federasiyanın Təşkilat Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, karate idman növü üzrə böyük nailiyyətlərə malik Yavər Hüseynovun bu məsul vəzifəyə təyin olunması Federasiyanın təşkilati fəaliyyətinin daha da təkmilləşdirilməsi, tədbirlərin yüksək səviyyədə təşkili və qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi məqsədi daşıyan addımlardan hesab olunur. Bu baxımdan, Yavər Hüseynovun öz peşəkarlığı, təşkilatçılıq bacarığı və təcrübəsi ilə ona həvalə olunmuş vəzifənin öhdəsindən layiqincə gələcəyinə, göstərilən etimadı doğruldacağına və Azərbaycanda karate idmanının inkişafına öz töhfəsini verəcəyinə əminik.
Baxış sayı:120
Bu xəbər 26 İyun 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















