Icma.az
close
up
RU
Yavuz Akpınar: Osmanlı dövlət arxivində Azərbaycanla bağlı materiallar çoxdur

Yavuz Akpınar: Osmanlı dövlət arxivində Azərbaycanla bağlı materiallar çoxdur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 “Türkiyədə Azərbaycanın zəngin mədəniyyətinin ən önəmli qaynaqları gün üzünə çıxarılmalıdır”


"Azərbaycana gəlişimizin əsas səbəbi Xəzər Universitetinin təşkilatçılığı ilə “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpoziumda iştirak etməkdir". 


Bunu "Sherg.az"a açıqlamasında türk ədəbiyyatının görkəmli simalarından olan, tanınmış tədqiqatçı alim, yazar, şair, Egey Universitetinin ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınar deyib. 


Professor bildirib ki, Türkiyədə Azərbaycanın zəngin mədəniyyətinin ən önəmli qaynaqlarını gün üzünə çıxartmaq olduqca önəmlidir. 

Alim təəssüflə qeyd edib ki, bu məsələ tarixçilərin nəzərindən yayınıb, kənarda qalıb: "Məsələn, Qarsdakı şifahi ədəbiyyatda aşıqlarımızın Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən göndərilən yardımları barədə çoxlu şeirlər var. Bunları yeni-yeni öyrənməyə başlayırıq. Halbuki ozamanki nəşrlərdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətindən, messenat Hacı Zeynalabdin Tağıyev kimi şəxslərdən xeyli bəhs edilib. 1877-78-ci illərdə Osmanlı-Rusiya savaşından sonra mühacirətlər yaşanıb. İki yüz minə yaxın insan Azərbaycandan, Dağıstandan Anadoluya pənah gətirib. Onların Anadoluya daşıdığı Azərbaycan, Qafqaz mədəniyyəti var. Borçalılar, qarapapaqlar, təsəvvüf alimi Mir Həmzə Nigarinin yolundan gedənlər Amasyaya, Tokata, Muşa, Ağrı və Qarsa gəliblər. Anadolunun hər yerinə səpələnərək ədəbiyyat yaradıblar. Sonradan onların bir qismi Azərbaycana gələrək, Qarabağda yerləşib. Aşıq Şənlik Borçalıda və digər bölgələrdə yaxşı tanınırdı. Sovet imperiyası elə pərdələmişdi ki, bunlar bilinmirdi, unudulmağa doğru gedirdi". 


Yavuz Akpınar əlavə edib ki, dövrün gündəlik nəşr olunan qəzetlərinin tədqiq olunması da zəruridir: 

"1880-ci illərdə "Ziya", "Ziyayi-Qafqaziyyə", sonrakı dönəmdə "Kəşkül"ün nəşri barədə Osmanlı qəzetlərində xəbərlər dərc olunub. Ayrıca məqalə şəklində olmasa da, gündəlik xəbərlərdə xeyli məlumatlar var. Hətta "Ziya", "Kəşkül" kimi qəzetlərdən, jurnalların materiallarından geniş istifadə olunub, onlara istinad edilib. Mirzə Fətəli Axundovun oğlu Rəşid Axundovun Tiflisdə bələdiyyə məclisi üzvlüyünə seçilməsi faktı Həsən Həsənovun Rəşid bəy Axundov haqqında əsərində yer almayıb. Qəzetlərin xəbərlərini də gözdən qaçırmamalıyıq". 

Alimin sözlərinə görə, Osmanlı dövlət arxivi dedikdə ağlımıza siyasi münasibətlər gəlir, halbuki həmin arxivlərdə başqa maraqlı məqamlar çoxdur: "Ömər Faiq Nemanzadə Türkiyədə "Daruş Şəfəq" məktəbində təhsil alıb. Müraciəti də arxivdədir. Məktəbi bitirdikdən sonra məmləkətinə geri dönmək istəyib, ancaq pulu olmadığı üçün maddi kömək istəyib. O məsələ də arxivlərdə qalır. "Ziya" qəzetinin yaradıcısı Səid Ünsizadənin iş və ev istəməsi ilə bağlı müraciətlərini də arxivlərdə tapmaq mümkündür. Ondan sonra Türkiyəyə gəlmiş qardaşı Cəlal Ünsizadəyə iş tapılması, jurnal çıxartmağa dair müraciəti və s. məqamlarla bağlı informasiyalar da mövcuddur. Həmçinin "Molla Nəsrəddin" jurnalının Türkiyədə qadağan olunması barədə də xəbərlər yer alıb. Əlavə olaraq, 1924-cü ildə Azərbaycan hökuməti Türkiyə Cümhuriyyətindən 70 ədəd kitab istəyib və 25 dollar pul göndərib. Bunlar kifayət qədər maraqlı nüanslardır və Azərbaycan-Türkiyə əlaqələri araşdırıldığı zaman gözdən qaçan məqamlardır. Eyni zamanda 1870-ci ildən etibarən Güney azərbaycanlıların İstanbulda camaatı, təşkilatları olub. Onlar Türkiyədə farsca "Əxtər" qəzeti çıxarıblar. Qəzetin baş redaktoru Tahir Təbrizli Azərbaycan türküdür. Mirzə Əli Möcüz Şəbüstəri 16 il İstanbulda yaşayıb. Bunların bilinməsi çox önəmlidir". 

Məlumat üçün bildirək ki, Yavuz Akpınar Azərbaycan ədəbiyyatına, mənəviyyatına, düşüncə tərzinə yaxından bələd olan, bu yöndə ən önəmli tədqiqatlar aparan elm adamlarındandır. Hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalar aparıb. Həmçinin “Əkinçi”, “Şərqi-Rus”, “Həyat” qəzetləri, “Füyuzat”, “Molla Nəsrəddin”, “Yeni Qafqaziyyə” jurnalları, o cümlədən İsmayıl Qaspıralı ilə bağlı önəmli araşdırmaları var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see119

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri