Icma.az
close
up
RU
Yaxamdan tutaraq köynəyimi cırdı Keçmiş diplomatın məhkəmə prosesi

Yaxamdan tutaraq köynəyimi cırdı Keçmiş diplomatın məhkəmə prosesi

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə adam bıçaqlamada təqsirləndirilən şəxsin vəkilinin yanında oturub konfedensial müzakirə edə bilməsi ilə bağlı keçən iclasda verilən vəsatət təmin edilib.

Daha sonra prokuror Cövdəd Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda Məmmədov küçəsində səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edərək dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi qara rəngli cib bıçağı ilə K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub. 

İfadə verən Emin İbrahimov özünü təqsirli bilməyərək, söylənənlərin uydurma olduğunu bildirib: "Mən bu uydurma tamaşada rol oynamaq istəmirəm".
Daha sonra o, sərbəst ifadə verərək özünü müdafiə etməyəcəyini, sadəcə ittihama münasibət bildirəcəyini söyləyib.

Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqir və dava səbəbindən baş verib: " Mən həmişəki qayda ilə Sədərək Ticarət Mərkəzindən Laçın Ticarət Mərkəzinə mallarla bağlı siyahını almağa  gedirdim. Həmin vaxt yolda sıxlıq olduğu üçün maşınımı küçənin yuxarısında saxlayıb qalan yolumu piyada davam etdim. Səki ilə hərəkətdə olarkən Emin İbrahimovla toqquşdum. Onun sol çiyni mənim sağ çiynimə dəydi. Dönüb üzr istəmək istəyərkən öncədən nəyə əsəbiləşdiyini bilmədiyim Emin mənim yaxamdan tutaraq və təhqir edərək "yoluna baxda" dedi və məni hasara tərəf çəkərək vurdu. Mən də onu vuraraq qarşılıq verdim və yaxasından tutarkən köynəyi cırıldı. Daha sonra qarnımda istilik hiss etdim. Anladım ki, bıçaqlanmışam. Daha sonra polisə və təcili tibbi yardıma zəng etdim. Ətrafda da polis əməkdaşları və başqa insanlar vardı. Əməliyyat olunduqdan sonra ifadəm palatada alındı. O, məni daha sonra axtarmayıb, üzr istəməyib. Mən onun qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Bu zaman təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, Kamal Şükürovun ifadəsi Nizami Rayon Polis İdarəsində alınıb. Lakin, özü palatada ifadə verdiyini bildirib. Əlavə olaraq bildirib ki, zərərçəkən polisə zəng edib, amma ittihama görə polis əməkdaşları ona yaxınlaşıb. Məhkəməyə sədrlik edən hakim bu nüansların sənədlərin tədqiqi mərhələsində araşdırılacağı bildirilib. 

Şahidlərin dindirilməsi məqsədilə proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri