Yaxın 2 ildə Şuşada küçə və yol şəbəkəsi tamamilə yenidən qurulacaq
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaxın 2 il ərzində Şuşada küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulması nəzərdə tutulur.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, şəhərdə müasir tipli mühəndis şəbəkəsi istifadə olunmaqla, bütün kommunikasiya xətlərinin qurulması da təmin ediləcək: "Artıq bu iş hissə-hissə həyata keçirilir. Proses müəyyən qədər vaxt tələb edir, çünki Şuşa şəhərində mövcud tarixi abidələr və digər infrastruktur elementləri işlərin gedişinə təsir edir. Tarixi əhəmiyyətindən danışsaq, Şuşa azərbaycanlılar üçün çox böyük rol oynayır, hər kəs üçün xüsusi şəhərdir. Burada tarixi və çox dəyərli abidələr mövcuddur. Biz bütün işlərimizi planlı və sistemli şəkildə, diqqətlə həyata keçiririk".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


