Icma.az
close
up
RU
Yaxın ətrafından Putinə xəbərdarlıq: Budapeştə getmə!

Yaxın ətrafından Putinə xəbərdarlıq: Budapeştə getmə!

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti Putinin ətrafı Britaniyanın sui-qəsd təhdidi səbəbindən ABŞ lideri  Trampla Budapeştdə görüşməməsi barədə xəbərdarlıq edib.

AzPost bildirir ki, bu barədə “Daily Express” yazır.

Daha əvvəl ABŞ-da Xarici Kəşfiyyat Xidmətində (SVR) gizli xidmət edən Bezrukov Rusiya televiziyasında çıxış edərək “Budapeştə getməyin mənası yoxdur” deyib. O, Macarıstana səfərin “diqqətlə planlaşdırılan Britaniya əməliyyatının bir hissəsi ola biləcəyini” iddia edərək, Trampla görüşü Dubaya köçürməyi məsləhət görüb.

Keçmiş casus vəziyyətdən çox narahat olduğunu vurğulayıb və mümkün sui-qəsd cəhdini “real təhlükə” adlandırıb. Lakin o, iddialarını təsdiq edəcək heç bir sübut təqdim etməyib.

Andrey Bezrukov ABŞ-da 2010-cu ildə Anna Çapman və digər rus agentlərinin həbsi zamanı ifşa edilib. Mübadilədən sonra o, Rusiyaya qayıdıb, burada MGIMO-da professor və dövlətə məxsus “Rosneft” neft şirkətinin müşaviri olub. İndi 65 yaşı var, o, Rusiya televiziyasında beynəlxalq hadisələri fəal şəkildə şərh edir.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin amerikalı həmkarı Donald Trampla Budapeştdə niyə görüşməyə razı olduğunu Rusiya dövlət başçısının Macarıstanın baş naziri Viktor Orbanla konstruktiv münasibətləri ilə izah edib.

“Prezident Trampın Orbanla kifayət qədər isti münasibəti var, prezident Putinin isə son telefon danışığı zamanı formalaşan qarşılıqlı anlaşmaya töhfə verən çox konstruktiv münasibətləri var”, – Peskov bildirib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Oktyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri