Yaxın iki ayda min əfqan məhbus İrandan öz ölkəsinə qaytarılacaq
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini və məhkumlarım təhvil verilməsi komitəsinin sədri Əsgər Cəlalian yaxın iki ay ərzində min əfqan məhbusun öz ölkələrinə qaytarılacağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, həmin məhbusların əksəriyyəti narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərə görə məhkum ediliblər. Cəlalian, Əfqanıstanda həbsdəki iranlıların sayının 10-dan az olduğunu və razılaşma əsasında onları İrana köçürməyə çalışdıqlarını da deyib.
Zərintac Mayisqızı
Missiya.Az

İrandan 1 milyon əfqan qovuldu
07 Aprel 2025 16:16
280 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb
18 Fevral 2025 15:03
Keyn öz ölkəsinə qayıda bilər
14 Fevral 2025 18:54
Quantanamoda saxlanılan tunisli məhbus ölkəsinə göndərilib AZƏRTAC
01 Yanvar 2025 09:28
Əsəd rejiminin devrilməsindən sonra 200 min suriyalı öz ölkəsinə qayıdıb
18 Yanvar 2025 18:14

