Yaxın Şərq böhranı Aİ nin enerji xərclərini 14 milyard avro artırıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərq böhranı Aİ-nin enerji xərclərini 14 milyard avro artırıb.
Avropa İttifaqının (AB) Enerji üzrə komissarı Dan Yorgensen bildirib ki, Yaxın Şərqdəki hadisələr enerji bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb olub və AB son 30 gündə yanacaq idxalına 14 milyard avro əlavə xərc çəkib.
"Yaxın Şərqdə münaqişənin başlamasından bəri Aİ-də qazın qiyməti təxminən 70 faiz, neftin qiyməti isə 60 faiz artıb", - deyən Yorgensen əlavə edib.
Yaxın Şərqdəki böhranın ikinci ayına qədəm qoyduğunu qeyd edən Yorgensen, çox ciddi bir vəziyyətlə üzləşdiklərini vurğulayıb.
Yorgensen bildirib ki, hazırda birbaşa neft və qaz təchizatı çatışmazlığı olmasa da, bəzi məhsul bazarlarında, xüsusən də dizel və reaktiv yanacaq bazarlarında daralmalar müşahidə olunur. Bundan əlavə, qlobal qaz bazarlarında artan məhdudiyyətlər və onların elektrik enerjisi qiymətlərinə təsiri var. Bu, sənaye sahələrimiz və ev təsərrüfatlarımız üçün əlavə xərclər yaratmaq riskini daşıyır.
Yorgensen böhranın enerji bazarlarına təsirlərinin qısamüddətli olmayacağını və görüləcək tədbirlərin hədəfli, müvəqqəti və tələb-təklif balansını qorumaq üçün nəzərdə tutulmalı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 01 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















