Icma.az
close
up
RU
Yaxın Şərq neftindən ən çox asılı olan ölkələr açıqlanıb Siyahı

Yaxın Şərq neftindən ən çox asılı olan ölkələr açıqlanıb Siyahı

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Yaxın Şərq neftindən ən çox asılı olan ölkələr əsasən Asiya və Afrika regionlarında yerləşir.
Yeniavaz.com
xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) araşdırmaya əsasən, Eritreya daxili neft istehlakının 91 faizini Yaxın Şərqdən idxal edir. Madaqaskarda bu göstərici 89 faiz, Pakistanda isə 78 faizdir. Yaponiya daxili neft tələbatının 77 faizini Yaxın Şərqdən qarşılayır. Keniyada da bu göstərici 77 faiz təşkil edir.
Şərqi Asiyanın böyük iqtisadiyyatları da Yaxın Şərq neftindən yüksək səviyyədə asılıdır. Tayvanda daxili istehlakın 63 faizi, Cənubi Koreyada 57 faizi, Hindistanda 45 faizi, Çində isə 38 faizi bu regiondan idxal olunan neftin payına düşür.
Avropa ölkələri arasında Litva 40 faizlə ən yüksək göstəriciyə malikdir. İslandiya və Polşada bu rəqəm 34 faizdir. Almaniyada Yaxın Şərq neftinin daxili istehlakdakı payı cəmi 6 faiz təşkil edir. Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada da asılılıq nisbətən aşağı səviyyədədir.
Şimali Amerikada isə vəziyyət fərqlidir. Kanada daxili istehlakının cəmi 1 faizini, ABŞ isə 3 faizini Yaxın Şərqdən idxal olunan neft hesabına qarşılayır. Bu, həmin ölkələrin yüksək daxili hasilatı və alternativ təchizat mənbələri ilə izah olunur.
Yaxın Şərqdən idxal olunan neftin daxili istehlakdakı payı:
Eritreya – 91%
Madaqaskar – 89%
Pakistan – 78%
Yaponiya – 77%
Keniya – 77%
Tayvan – 63%
Cənubi Koreya – 57%
Cənubi Afrika – 54%
Tanzaniya – 53%
Namibiya – 50%
Şri-Lanka – 50%
Tayland – 50%
Hindistan – 45%
Litva – 40%
Çin – 38%
Vyetnam – 36%
İslandiya – 34%
Filippinlər – 34%
Polşa – 34%
Yunanıstan – 33%
Sudan – 31%
Misir – 30%
Sinqapur – 28%
Serbiya – 25%
Malayziya – 22%
Banqladeş – 20%
Mozambik – 20%
Bruney – 19%
Fransa – 18%
İtaliya – 16%
Sloveniya – 12%
Türkiyə – 11%
İndoneziya – 10%
Hollandiya – 10%
Avstriya – 9%
İspaniya – 9%
Belçika – 8%
Birləşmiş Krallıq – 8%
Almaniya – 6%
Braziliya – 3%
ABŞ – 3%
Nigeriya – 2%
Kanada – 1%
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri