Icma.az
close
up
RU
Yaxın Şərq Sülh Sammiti sübut etdi ki, Azərbaycanın sülh modeli dünya üçün örnəkdir Ekspert

Yaxın Şərq Sülh Sammiti sübut etdi ki, Azərbaycanın sülh modeli dünya üçün örnəkdir Ekspert

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti tərtibatına və nəticələrinə görə son illərin ən effektiv diplomatik təşəbbüslərindən biridir. Tədbirin keçirilməsində əsas məqsəd Qəzzadakı humanitar böhranın aradan qaldırılması, İsrail–Fələstin münaqişəsi üzrə dialoqa əsaslanan sülhün qurulması olsa da, sonda daha böyük nəticələr qazanıldı. Sammit dünyadakı mövcud münaqişələrin həlli, dayanıqlı sülh mexanizmlərinin qurulması kontekstində yeni, effektiv modellərin təqdim edilməsi ilə diqqət çəkdi. O, beynəlxalq humanitar yardımın koordinasiyasını, siyasi dialoqun canlandırılmasını stimullaşdırdı. Bizim üçün əlamətdar hal budur ki, dünyaya təqdim edilən yeni sülh modeli qismində Azərbaycanın təcrübəsi örnək kimi göstərildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

M. Ələsgərli deyib: “Müzakirələrin gedişində bəlli oldu ki, ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin tədbirə qatılmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi dəvət göndərmələrinin önəmli səbəbləri var. Azərbaycan Liderinin “sülh yaradan güc” imici onun Yaxın Şərq Sülh Sammitində iştirakını zərurətə çevirib. Prezident İlham Əliyev bu Sammitdə praktik sülh modeli yaratmış Lider kimi iştirak etdi. Çox aydın şəkildə göründü ki, Azərbaycanın 2020-ci ildən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində bərpa metodu dünya ictimaiyyəti və siyasi mərkəzlər tərəfindən diqqətlə izlənilir. ABŞ Prezidenti Donald Trampın Azərbaycanı “sülh quruculuğunun real nümunəsi” kimi təqdim etməsi dövlətimizin başçısının sülh təşəbbüslərinin beynəlxalq səviyyədə tanındığının əyani nümunəsidir. Bütün bu faktlara əsasən deyə bilərik ki, Azərbaycan diplomatiyası Yaxın Şərq Sülh Sammitində yeni bir qələbəyə imza atdı”.

Ekspertin fikrincə, Azərbaycanın Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal diplomatiyada etibarlı aktor statusunun təsdiqidir. Haqlı olaraq qeyd edilir ki, Prezident İlham Əliyev artıq Cənubi Qafqazın lideri olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə hüququn, ədalətin və sülhün təminatçısı kimi qəbul olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri