Icma.az
close
up
RU
Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, AZƏRTAC

Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC neft istehsalçısı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik hasilatı 1,9 milyon barel azalaraq 40,1 milyon barelə düşüb. Qrupun gündəlik neft istehsalı Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyələrdən 11,9 milyon barel aşağıda qalıb, OPEC üzrə hasilat isə son 35 ilin ən aşağı səviyyəsinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

Məlumata görə, OPEC+ üzrə neft tədarükü martda ən aşağı səviyyəyə endikdən sonra aprel ayında məhdud bərpa göstərərək 90 min barel artaraq gündəlik 54,9 milyon barelə olub. Buna baxmayaraq, İranın Qətərdəki enerji infrastrukturuna hücumlarından sonra yaranan itkilər səbəbindən hasilat münaqişədən əvvəlki səviyyələrdən gündə 820 min barel aşağı olaraq qalıb. Apreldə Körfəz ölkələrindən ümumi neft ixracı əvvəlki aya nisbətən 1,9 milyon barel artaraq gündəlik 10,5 milyon barelə yüksəlib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və İrandan Hörmüz boğazından istifadə etməyən həyata keçirdiyi neft ixracı apreldə 1,3 milyon barel artaraq gündəlik 7,8 milyon barelə çatıb. Qətər də daxil olmaqla, Yaxın Şərq və Körfəz bölgəsində ümumi neft hasilatı müharibənin başlanğıcından bəri 14,4 milyon barel və ya 45 faiz azalaraq aprel ayında gündəlik 17,6 milyon barelə düşüb.

Hesabatda Hörmüz boğazının faktiki olaraq bağlı qaldığı və ABŞ ilə İran arasında danışıqların davam etdiyi, bunun da proqnozlarda əhəmiyyətli qeyri-müəyyənliklər yaratdığı bildirilib. Boğazın iyunun əvvəlinə qədər bağlı qalacağı və mina təmizləmə əməliyyatlarından sonra ixracın tam normal vəziyyətə qayıtması üçün ən azı iki-üç ay lazım olacağı, Yaxın Şərq neft hasilatının əhəmiyyətli dərəcədə bərpasının isə daha uzun çəkəcəyi ehtimal edilir. Həmçinin qeyd olunub ki, enerji infrastrukturuna dəyən ziyan cari hesablamalara daxil edilib, lakin təsirin həqiqi dərəcəsi və bərpa prosesi barədə daha dəqiq məlumatlar ortaya çıxdıqca proqnozlar yenidən nəzərdən keçirilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri