Icma.az
close
up
RU
Yaxın Şərqdə müharibə gözlənilir: Azərbaycana ciddi təsirləri olacaq?

Yaxın Şərqdə müharibə gözlənilir: Azərbaycana ciddi təsirləri olacaq?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, İranla İsrail arasında birbaşa hərbi toqquşma riski son illərin ən yüksək həddinə çatıb.

Regiondakı son hadisələr, xüsusən İranın nüvə proqramındakı irəliləyiş və İsrailin buna qarşı sərt təpkisi tərəflər arasında ziddiyyətin artıq ritorika səviyyəsindən əməli hərəkətlər mərhələsinə keçdiyini göstərir.

ABŞ-nin və bəzi Qərb ölkələrinin İranın nüvə fəaliyyətinə dair narahatlıqları fonunda İsrailin ehtimal edilən preventiv zərbələrə hazırlaşması, regionda genişmiqyaslı münaqişənin alovlanması ehtimalını artırır.

Bəzi ekspertlərin fikrincə, belə bir qarşıdurma təkcə İran və İsraili deyil, bütövlükdə Yaxın Şərqi xaosa sürükləyə bilər.

Azərbaycan isə bu prosesləri diqqətlə izlənməlidir. Belə ki, İranla həmsərhəd olan və regionda geosiyasi əhəmiyyətə malik ölkə kimi, Azərbaycanın balanslı və diplomatik mövqeyi həm daxili sabitlik, həm də regional təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.

Hazırkı şəraitdə bütün regional aktorlar sülhə və diplomatik dialoqa üstünlük verməli, emosional qərarlardan və eskalasiya doğura biləcək addımlardan çəkinməlidirlər. Əks halda, Yaxın Şərqdə baş verəcək hərbi qarşıdurma qlobal səviyyədə yeni böhranlara yol aça bilər.

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən israilli politoloq Mixail Finkel bildirib ki, Yaxın Şərq regionunda İranla müharibə gözləntisi artıq 15 ildir ki, davam edir.

Bəzən bu gözlənti daha da güclənir, bəzən isə zəifləyir, lakin bir tendensiya var, son 10 ildə bu müharibə gözləntisi getdikcə artır.
Onun sözlərinə görə, İran uranı zənginləşdirmək üzərində iş aparır, çoxsaylı zavodlar, sexlər tikir və orada yeni sentrifuqlar quraşdıraraq nüvə bombası üçün materiallar hazırlayır:

"Məhz istənilən an bölgədə ekskalasiya baş verə bilər. Bu əməliyyatı yalnız ABŞ həyata keçirə bilər, amma mümkündür ki, İsrail bunu təkbaşına etsin”.

“Eskalasiya olarsa, Azərbaycana ciddi təsirləri olacaq?” sualına gəlincə, politoloq bildirib ki, Azərbaycan İranla çox uzun bir sərhədə sahib olan dövlətdir:

“Bu, böyük bir cənub qonşusudur və sərhədin uzunluğu 600 kilometrdən çoxdur. Düşünmürəm ki, Azərbaycan üçün bu məsələdən ciddi bir problem yaranacaq. İsrail və ABŞ mümkün hərbi zərbə ilə bağlı qərarın veriləcəyi barədə artıq İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneiyə Prezident Trampa tərəfindən göndərilmiş məktubda qeyd olunub və bu qərar iki aydan az müddətdə qəbul ediləcək.

Yəni İranın qərar verməsi üçün iki aydan az bir vaxtı qalıb: ya nüvə proqramını dayandıracaq, ya da İrana hərbi zərbə endiriləcək. Məhz İrana hərbi zərbə endiriləcəksə, o, ağıllı şəkildə ediləcək. Yəni nüvə tullantısı və ya radiasiya sızması planlaşdırılmır. Mən dəfələrlə bildirmişəm ki, İsrailin bu sahədə böyük təcrübəsi var.

Məsələn, bir vaxtlar biz sabiq prezidenti Səddam Hüseynin İraqda tikdirdiyi nüvə reaktorunu bombaladıq və heç bir radiasiya sızması olmadı. 2006-cı ildə isə Bəşər Əsədin Suriyada tikdirdiyi nüvə reaktorunu bombaladıq, orada da sızma olmadı. Çünki reaktor hələ tam hazır deyildi. Eyni hal İranda da olacaq: obyektlərə zərbə endirilsə belə, heç bir radiasiya sızması olmayacaq. Buna görə də Azərbaycan qorxmamalıdır.

Həmçinin, ümumi müharibə və milyonlarla qaçqının axını ssenarisindən də qorxmağa dəyməz. Belə bir şey baş verməyəcək. Söhbət sadəcə onlarla obyektin dəqiq şəkildə məhv edilməsindən gedir.

Bu obyektlərdə müəyyən dərəcədə nüvə silahı hazırlanması işi aparılır, lakin məqsəd bütün İranı yer üzündən silmək deyil. Qaçqın axını da olmayacaq. Düşünmürəm ki, Azərbaycan üçün qorxulu bir vəziyyət yaranacaq.

Əksinə, əgər İran nüvə ambisiyalarından məhrum edilərsə, həm Azərbaycan, həm region, həm də bütün dünya rahat nəfəs alacaq. Çünki bu terrorçu rejimin əlində ölümcül və təhlükəli silah olmayacaq”.

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri