Yaxın Şərqdə yeni savaş: Səudiyyə husi müharibəsi başlayır?
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Yəməndəki husilər son bir həftə ərzində daha da aktivləşərək Səudiyyə Ərəbistanını hədəf almağa başlayıblar.
Onlar Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşait şəhərində yerləşən Kral Xalid Hava Bazasına zərbə endiriblər. Eyni zamanda, husilər Qırmızı dənizdə bir neçə strateji əhəmiyyətli adanı ələ keçirməklə Səudiyyə gəmilərinin Bab əl-Məndəb boğazından keçməsinə qadağa qoyub.
“Bakupost” xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalında məlumat verib.
Bu fonda deyəsən, İsrail də sözügedən gərginlikdə yer almağa çalışır.
İsrailin "Walla News" qəzeti Yaxın Şərqdəki diplomatik mənbələrə istinadən bildirib ki, Təl-Əviv Yəməndəki Husi qüvvələri ilə bağlı Səudiyyə Ərəbistanı ilə kəşfiyyat məlumatları paylaşıb.
Qeyd olunur ki, tərəflər arasında əlaqələr ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə baş tutub. Məlumata görə, İsrail Səudiyyə tərəfinə Husi qüvvələrinin mövqeyini və mümkün növbəti addımlarını daha yaxşı başa düşməyə kömək edib.
Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, husilərin Yəməndə bir sıra strateji yaşayış məntəqələri və obyektləri nəzarətə götürməsi bölgədə kifayət qədər ciddi problemlər yaradıb:
“Belədə yaranmış vəziyyət birbaşa və ya dolayısı ilə Yaxın Şərqdəki proseslərə təsir göstərir. Bu isə təbii ki, İranın maraqlarına cavab verir. Amma bir sıra ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının maraqlarını isə təhdid edir”.
Ekspert qeyd edir ki, İsrail də İranın nəzarəti altında olan husilərin fəaliyyətindən qətiyyən məmnun deyil:
“Ona görə də Əl-Riyadla husilər arasındakı qarşıdurmadan yararlanmağa çalışır. Belədə, həm Əl-Riyadla münasibətləri normallaşdırmağı, həm də bu məsələ ilə bağlı ortaq davranmaq yolunda addımlar atmağı düşünür. Yəqin ki, yaxın günlərdə proses üzrə müəyyən aydınlaşmalar üzə çıxacaq”.
Müsahibimiz hesab edir ki, yaxınlarda husilərə qarşı bir sıra dövlətlərin birləşdiyi hərbi-siyasi kampaniya başlaya bilər:
“Bu təkcə İsrailin Səudiyyə Ərəbistanına yönəlik addımları ilə bağlı deyil. Böyük Britaniya da bu məsələdə Əl-Riyada dəstək verir. London husilərlə müzarizə aparmaq üçün Səudiyyəyə hərbi məsləhətçilər göndərib. Məkkə alyansına uyğun olaraq burada Türkiyə və Pakistanın da mövqeyi böyük önəm daşıyır. İslamabad bir müddət öncə bəyan etdi ki, Səudiyyə Ərəbistanına qarşı atılan istənilən addıma sərt reaksiya veriləcək. Bütün bunlar onu göstərir ki, husilərin Yaxın Şərqdə situasiyanı gərginləşdirməsinə cavab olaraq onların əleyhinə hərbi-siyasi kampaniya artıq başlamaq üzrədir və İsrail də bu məsələdə müəyyən yer ala bilər”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Sentyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















