Yaxın Şərqdəki gərginlik Banqladeşə təsir etdi: Enerji böhranı xəbərdarlığı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Banqladeş hökuməti Ramazan ayı ərzində enerji böhranı riski ilə əlaqədar ölkə sakinlərinə yanacaq və elektrik enerjisindən istifadənin azaldılması ilə bağlı çağırış edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Business Standard" nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin Energetika, Mineral Ehtiyatlar və Elektroenergetika Nazirliyi Yaxın Şərqdə baş verən hadisələrin səbəb ola biləcəyi potensial yanacaq böhranı ilə bağlı narahatlıqları nəzərə alaraq, vətəndaşları Ramazan ayı ərzində fərdi avtomobillərdən istifadəni minimuma endirməyə və dekorativ işıqlandırmadan imtina etməyə çağırıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarına və sahibkarlara dizel yanacağı və benzinin açıq bazarda satışının qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 04 Mart 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















