Yaxın Şərqdən çıxan Abraham Lincoln gəmisi Quama çatıb
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Yeddinci Donanmasının mətbuat xidməti məlumat yayıb.
"Quam hərbi dəniz bazasında dayanmaq üçüncü təyyarədaşıyan zərbə qrupunun heyəti üçün doqquz ay ərzində Amerika torpağına ilk qayıdış olub", - açıqlamada bildirilib.
Öz növbəsində, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun "USNI News" portalı qeyd edib ki, təyyarədaşıyan gəminin dislokasiyası 300 gündən çox davam edib. İndi gəmi ABŞ-nin qərb sahilinə qayıdışını başa vurur.
Qeyd edək ki, Quam Sakit okeanın qərbində yerləşən və ABŞ-nin tərkibində olan adadır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 19 Sentyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















