Yaxın vaxtarda Azərbaycanda güclü zəlzələ gözlənilir? Seysmoloji Xidmətdən AÇIQLAMA
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın zamanlarda Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir:
"Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və Avrasiya kontinental plitələrində yerləşir. Bizim bloklarda olan hərəkətlər o qədər güclü deyil. Tektonik qırılmalar zamanı baş verən hərəkətlər dağıntılara səbəb ola bilməz. Azəbaycanda hiss olunan zəlzələlər olur. Bunlar qorxulu deyil. Yaxın zamanlarda da Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilirmir".
Qeyd edək ki, avqust ayı ərzində beş zəlzələ qeydə alınıb. Onlardan ikisi Xəzər dənizində (3,2 və 4 maqnitudalı) baş verib. Daha üçü isə Göyçay (4), Tovuz (3,6), Tərtərdə (3,1) olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















