Icma.az
close
up
RU
Yaxınlarda açıqlanacaq Azərbaycan klubu özünə yeni tərəfdaş tapdı

Yaxınlarda açıqlanacaq Azərbaycan klubu özünə yeni tərəfdaş tapdı

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman sahəsində qlobal təcrübəyə və geniş beynəlxalq şəbəkəyə malik “Jaguar Sports” ilə “Difai” əməkdaşlığa başlayır.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, müzakirələrin son mərhələsində olan tərəflər arasında tezliklə rəsmi müqavilənin imzalanması gözlənilir.

“Jaguar Sports” dünyanın müxtəlif ölkələrində (Niderland, İspaniya, Fransa, BƏƏ, ABŞ, İtaliya, Portuqaliya, Braziliya və s.) aparıcı idman klubları və təhsil müəssisələri ilə əməkdaşlıq edən, idmançılar, məşqçilər və idman peşəkarları üçün qlobal platforma rolunu oynayan təşkilatdır.

Şirkətin əsas məqsədi idman sahəsində fəaliyyət göstərən fərqli peşəkarları bir araya gətirərək, güclü bir idman cəmiyyəti yaratmaqdır.

Onlar fərqli idman tədbirləri, beynəlxalq təlimlər, summitlər və networking imkanları vasitəsilə həm yerli, həm də beynəlxalq aləmdə motivasiya, inkişaf və əlaqələndirmə körpüsü rolunu oynayır.

Bu əməkdaşlıq sayəsində azərbaycanlı idmançılar və məşqçilər üçün yeni beynəlxalq imkanlar açılacaq, “Difai” isə öz gənc futbolçularını beynəlxalq səviyyəyə çıxarmaq üçün yeni qapılar qazanacaq.

Qısa zamanda dinamizmi, strateji yanaşması və gənc istedadlara verdiyi dəstəklə seçilən “Difai” bu əməkdaşlıqla beynəlxalq idman ictimaiyyəti ilə əlaqələrini gücləndirməyi, öz modelini dünya miqyasında tətbiq olunan sistemlərlə sinxronlaşdırmağı hədəfləyir.

“Difai” rəhbərliyini dinləyək:

“Bizim üçün bu əməkdaşlıq yalnız bir müqavilə deyil. Bu, yerli idmanın qlobal sistemə inteqrasiyası, futbolçularımız üçün yeni mərhələnin başlanğıcı və beynəlxalq idman ailəsinə bir addım daha yaxınlaşmaq deməkdir”.

Tərəflər arasında formalaşmaqda olan bu strateji tərəfdaşlıq Azərbaycan idmanının beynəlxalqlaşma yolunda atılmış mühüm addım olaraq dəyərləndirilir.

Bu birlik həm də regionda gənc istedadlara yönəlik ilhamverici və sistemli bir yol xəritəsi yaratmağı hədəfləyir.

Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq müqavilə ilə bu əməkdaşlığın konkret konturları və ilk ortaq layihələri də elan ediləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 May 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri