Icma.az
close
up
RU
Yaxşı ki, Berezutski Sabah dan getdi... yoxsa, avrokuboklarda belə Mikels görməyəcəkdik!

Yaxşı ki, Berezutski Sabah dan getdi... yoxsa, avrokuboklarda belə Mikels görməyəcəkdik!

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Vasili Berezutski "Sabah" tarixində ən yaxşı nəticə əldə edən məşqç oldu. Kluba ilk titulunu, ölkə kubokunu qazandırdı. Amma ölkəmizdəki qısa fəaliyyəti göstərdi ki, baş məşqçi kimi püxtələşməsinə hələ çox var. Sadəcə "Sabah"ın kuboku qazanması onun çatışmazlıqlarını ört-basdır etdi. 

Yaxşı məşqçi həm də o adamdır ki, ona qədər olanı, ediləni dağıtmamağı bacarsın. Berezutskinin ən mənfi yönlərindən biri elə o oldu ki, istər oyun planında, istər ayrı-ayrı oyunçularla bağlı anlaşılmayan dəyişikliklərə getdi. Həmişə yaradıcı oyunu ilə seçilən "Sabah"a güc futbolu gətirmək istədi, həmişə baş rolda olan Mikelsi səhnədən silməyə qalxdı.
Berezutski "Sabah"da qalsaydı, böyük ehtimalla, Mikels gedəcəkdi. Ötən mövsümün gedişində əsas heyətdə yerini itirən alman futbolçu gününü daha çox ehtiyat oyunçular skamyasında keçirirdi. Gündən-günə, oyundan-oyuna həm fiziki formasını itirir, həm də psixoloji geriləməyə düçar olurdu. 

Berezutskinin yerinə gələn Dambrauskas sələfindən fərqli olaraq bu komandanın ən güclü bəndini dərhal müəyyənləşdirə bildi. Hətta Mikelsin "Çelye" ilə oyunda əsas heyətdə meydana çıxmağını, Sekidika və Parisin isə ehtiyatda qalmağını təəccüblə qarşılayanlar da oldu. Amma hadisələrin sonrakı gedişatı Valdasın seçimlərində nə qədər haqlı olduğunu göstərdi. 

Bir neçə ay əvvəl bəlkə də özlüyündə "Sabah"ı tərk etməyi qətiləşdirən Mikels indi avrokuboklarda göz oxşayır. Alman qolları sıralayır, yenə bir lider kimi "Sabah"ı arxasınca aparır. Yaxşı ki, Berezutski getdi. Yoxsa, avrokuboklarda belə Mikels görməyəcəkdik. 

Həmid

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri