Icma.az
close
up
RU
Yaxşı kino çəkmək üçün milyonlar lazımdır

Yaxşı kino çəkmək üçün milyonlar lazımdır

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin dövlət büdcəsində kino çəkilişinə pul ayrılmaması ciddi narazılıqlara səbəb olub. Mütəxəssislərin fikrincə, kinoya rəhbərlik edən adamların ətrafında bu sahəni bilən ekspertlərin olması lazımdır.  

Son günlər milli kinomuzun ətrafında intensivləşən  maliyyələşmə müzakirələri bu sahədə mövcud olan digər problemləri də üzə çıxarıb. Kino Agentliyinə bu il ayrılan 8.5 milyon vəsaitin yalnız 41 faizinin istifadə olunması, beş milyon qalıq qalması quruma 2026-cı il üçün Maliyyə Nazirliyi tərəfindən əlavə pulun ayrılmasını əngəlləyib. Məsələ ilə bağlı həyəcan təbili Milli Məclisdə də çalınıb. MM-in Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu dövlət büdcəsindən kinoya vəsait ayrılmamasının təhlükə yaratdığını bildirib: “Kinoya vəsait ayrılmasa, bu sahədəki mütəxəssislər iş yerlərini tərk edəcəklər, kinomuz inkişaf edə bilməyəcək”.

Komitə sədrinin bu fikirləri kino adamlarının bir növ ürəyini açıb.

Qeyd edək ki, hazırda kino sahəsi Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs tərəfindən idarə olunur.

Əgər vəsait ayrılmasa…

ARKA-dan bildirilib ki, kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, qurum ildə orta hesabla 8-10 tammetrajlı filmin istehsal olunduğunu, film layihələrinin istehsalına başlanıldığını, bu canlanmanın kino sənayesində iş yerləri yaratdığını bildirir. ARKA filmlərin yayım hüquqlarının satışına başlanıldığını, yerli kanallarla yayım paketi imzalandığını, filmlərin Kann, Venesiya kimi nüfuzlu festivallara ayaq açdığını, beynəlxalq əməkdaşlığın genişləndiyini də qeyd edir. Agentliyin diqqətində olan ən böyük iş isə dağılmış vəziyyətdə olan “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsidir. Qurum 2025-ci il üçün büdcədən kino çəkilişi üçün ayrılmış vəsaitin xərclənməməsinə aydınlıq gətirərək, hesabında qalan 4,5 milyon manatın yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəldiyini açıqlayır. Qurum hesab edir ki, həyata keçirdiyi işlərin müqabilində 2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Maraqlı bir paradoks yaranıb: əgər əvvəllər “pul yoxdur, kino da yoxdur” deyilirdisə, indi “pul var, kino yoxdur” fikirləri səslənir. Bəs yaranmış vəziyyətlə bağlı kino adamları nə düşünür?

“Pulların xərclənməməsini dəfələrlə söyləmişdik”

Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əlisa Cabbarovun fikrincə, söhbət maliyyənin ayrılmamasından deyil, aidiyyəti orqanın 12 milyon dəyərində sorğusuna “yox” deyilməsindən gedir: “Səbəb 2025-ci il üçün ayrılan məbləğin cəmi 41 faizinin xərclənməsidir. Təxmin etmək olar ki, 2026-cı ilə ən azı dörd milyon ayrılacaq, əlavələrə ehtiyac olarsa, il boyu baxılmasına söz verilib”. İcraçı katibin fikrincə, aidiyyəti orqanın kino istehsalının belə planlaması təəssüf doğurur: “Pulların xərclənməməsini dəfələrlə söyləmişdik. Obyektivlik naminə demək lazımdır ki, həm 2024, həm də 2025-ci ildə 10 milyon xərclənib. Amma bu, ayrılan məbləğin 41 faizidir. Səbəb layihə müsabiqələrinin azlığıdır. İldə ən azı üç müsabiqə olmalıdır. Dövlət vəsaitinə ən azı 10 premyera olmalıdır. Qısa və sənədli filmlərin sayı onlarla olmalıdır. Kinomuzun belə potensialı var, dövlətimiz də buna pul ayırır, amma aidiyyəti orqanın planlamanı səhv aparması nəticəsində belə hal yaranıb”. Ə.Cabbarov hesab edir ki, kino sahəsinin maliyyələşməsi mütləq davam etməlidir, amma nəzarət də gücləndirilməlidir: “Bunun üçün kino təcrübəsi olan insanlar Kino Agentliyinə işə cəlb edilməlidirlər”.

“Ayrılan pulun heç 25 faizi gəlib kinostudiyaya çatmır” 

Kinorejissor Əbdül Mahmudov Azərbaycan kinosunun yaşaması üçün hər il büdcədən pul ayrıldığını bildirir:  “Amma pul ayıranlar kinonun daxili strukturunu bilmədikləri üçün elə bilirlər ki, il ərzində 3-5 milyon ayrılmaqla böyük kino çəkmək olar. Yaxşı kino çəkmək üçün milyonlar lazımdır. Kino ümumilikdə xərc tələb edir. Filmin hazırlıq, çəkiliş, montaj prosesləri var. Bu kolxoz-sovxoz və ya fabrik-zavod deyil. Ayrılan pulun heç 25 faizi gəlib kinostudiyaya çatmır. Bir də pul təkcə kino çəkmək üçün ayrılmır ki! Kinonun maddi-texniki bazası bərpa olunmalıdır. Kinoya lazım olan atributların hamısı yerində olmalıdır ki, film çəkilsin. Digər tərəfdən, filmlər çəkilir, amma onları nümayiş etdirməyə kinoteatrlar yoxdur. Harada göstərsinlər? Televiziyalar özləri çəkdikləri filmləri nümayiş etdirirlər. Məsələn, əgər mən filmimi beş manata çəkmişəmsə, onun nümayişi üçün gərək 15 manat xərcləyəm. Agentlik nə etməlidir? Pulu çölə atmalıdır? Kinostudiya bərpa olandan sonra biz dövlətə pul verəcəyik. Hazırda isə kinostudiya ölü vəziyyətdədir. Onu diriltmək üçün vəsait olmalıdır. Kino mərhələli yaradıcılıq prosesidir. Film bir günə çəkilmir ki, pul xərclənib qurtarsın”. Rejissor həmçinin hesab edir ki, kino strukturunda qeyri-müəyyənlik var.

“Problemin yaranması idarəetmə ilə bağlıdır”

Kinorejissor Yavər Rzayev da yaranmış duruma görə narahatdır. Onun fikrincə, “Azərbaycanfilm” kinostudiyasına sifariş verilməməsi suallar yaradır: “Bu, bizim üçün qaranlıq qalıb. Kinostudiyada hər şey var, az-maz köhnə işçilər də qalıb. Hiss edirəm ki, kinoda irəliləyiş var. Proses yavaş-yavaş gedir. Yeni nəsil üzə çıxır, 2-3 ad var ki, püxtələşib rejissor olacaq. Ancaq sistemi qurmaq üçün qanunu bilmək lazımdır. İncəsənətdə dəyərlər başqadır, bu, mal istehsal edən sahə deyil”. Rejissor hesab edir ki, problemin yaranması idarəetmə ilə bağlıdır: “Həm nazirin, həm də kinoya rəhbərlik edən adamların ətrafında kinonu bilən ekspertlərin, mütəxəssislərin olması lazımdır. Belə adamlar olsa, problem də yaranmaz”.

Təranə Məhərrəmova/“Kaspi” qəzeti

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri