Icma.az
close
up
RU
Yaxşı yatmağa kömək edəcək üç “şah” məhsul KONKRET

Yaxşı yatmağa kömək edəcək üç “şah” məhsul KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya “sosial jet laq” adlanan vəziyyətdir”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilov danışıb.

Onun sözlərinə görə, insanların müxtəlif vaxtlarda yatması, gecə ağır şam yeməyi yeməsi, təmiz havada az vaxt keçirməsi sağlamlığa və yuxu-oyaqlıq dövrünü tənzimləyən mexanizmlərə mənfi təsir göstərir.

“Nəticədə iştaha və həzm pozulur, hormonların ifrazında pozğunluq baş verir ki, bu da özünü pis hiss etməyə və iş qabiliyyətinin azalmasına gətirib çıxarır”, – deyə ekspert izah edib.

Həkim vurğulayıb ki, yuxunun pozulmasına səbəb olan emosional-koqnitiv yanaşmalar da mövcuddur; bu, keçmişə təəssüf, gələcəyə narahatlıq və indiki zamana görə minnətdar olmamaqdır.

30 dəqiqə qaydası

Həkim bildirib ki, narahat yatmaq nəticəsində xroniki xəstəlik kəskinləşə və ya yeni xəstəlik başlaya bilər, arterial hipertenziya, şəkərli diabet və hətta onkoloji xəstəliklərin başlanğıc nöqtəsi ola bilər.

“Məhz buna görə orqanizmin təhlükəli siqnallarına diqqət yetirmək və vaxtında tədbirlər görmək son dərəcə vacibdir. Bu məsələdə “30 dəqiqə qaydası” kömək edəcək – insan 30 dəqiqə ərzində yata bilmir; zəngin çalmasından 30 dəqiqədən çox əvvəl oyanır; oyandıqdan sonra 30 dəqiqədən çox yataqda qalır. Əgər özünüzdə bir və ya hər üç simptomu aşkar etmisinizsə, ilk növbədə yuxu və oyaqlıq rejiminin normallaşdırılması ilə məşğul olmaq lazımdır”, – deyə həkim vurğulayıb.

Mütəxəssis bildirib ki, əsas qayda – saat 23:00-dan gec olmayaraq yatmağa getməkdir.

“Bundan əlavə, gün rejiminə bu ritualları daxil etmək vacibdir: mütləq yorucu olmayan fiziki aktivlik – ən yaxşısı təmiz havada gündəlik gəzintidir; yüngül erkən şam yeməyi; axşam meditasiyası (televizora baxmaq əvəzinə); günbatımı və günçıxımı simulyatorları; aromaterapiya”.

Qidalanma vərdişləri

Qida qəbulunun sabit vaxtı sirkad ritmlərini saxlamağa kömək edir ki, bu da yuxulama prosesini asanlaşdırır və yuxunun keyfiyyətini yaxşılaşdırır.

“Yatmazdan əvvəl ağır (yağlı və acı) qidadan çəkinmək həzm sisteminə yükü azaldır, orqanizmin daha tez rahatlanmasına imkan verir. Şam yeməyini yatmazdan minimum iki saat əvvəl bitirmək məsləhətdir. Triptofanla zəngin məhsulların rasiona daxil edilməsi daha sakit yuxuya kömək edə bilər. Bu cür məhsullara hinduşka əti, toyuq əti, yumurta, kəsmik, ləpə (xüsusilə qoz), tumlar (məsələn, balqabaq tumu), banan, süd məhsulları aiddir. Yatmazdan bir neçə saat əvvəl kofein və alkoqol qəbulu azaldılmalıdır. Bu maddələr sinir sistemini stimullaşdırır ki, nəticədə rahatlanmaq və yuxulamaq olmur”, – deyə ekspert bildirib.

Yuxuya getməyə kömək edən üç “şah məhsul”

Birinci məhsul – kividir.

Yuxunu tənzimləməyə kömək edən serotonin tərkiblidir. Tədqiqatlar göstərib ki, yatmazdan əvvəl bu meyvənin müntəzəm istifadəsi onun keyfiyyətini yaxşılaşdıra bilər. Bundan əlavə, sübut olunub ki, kivi yuxu proseslərinin tənzimlənməsində fəal iştirak edən melatonin tərkiblidir. Bir ay davam edən tədqiqatlar yatmağa getməzdən bir saat əvvəl iki kivi meyvəsinin istifadəsinin daha sakit gecə üçün effektivliyini göstərib.

“Ləpə (qoz, badam) melatonin, triptofan, həmçinin yuxunun tənzimlənməsində mühüm rol oynayan maqnezium və kalsium tərkiblidir. Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün axşam və ya yatmazdan bir saat əvvəl 30 q badam (kiçik ovuc) kifayətdir”, – deyə o tövsiyə edib.

“Çobanyastığı çayı beyindəki reseptorlarla birləşən və insanın rahatlanmasına və daha tez yuxulamasına kömək edən apigenin antioksidantı tərkiblidir. Yatmazdan 30 dəqiqə əvvəl bir stəkan çobanyastığı çayı içmək, dadını yaxşılaşdırmaq üçün bir az kəklikotu əlavə etmək tövsiyə olunur”, deyə həkim yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri