Yay aylarında onların tez xarab olma riski daha yüksək olur Mütəxəssis
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“İsti havalarda ət və süd məhsulları kimi zülal tərkibli qidalar daha yüksək risk qrupuna aid edilir və qida zəhərlənmələrinin əsas mənbəyi our. Bu məhsullar mütləq soyuducu şəraitdə saxlanılmalı, donu açıldıqdan sonra yenidən dondurulmamalı və birdəfəlik istifadə üçün hazırlanmalıdır. Bu bişirilən qidalara da aiddir”.
Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Mütəxəssis bildirib ki, yeməklərin təkrar qızdırılması və uzun müddət otaq temperaturunda saxlanılması mikrobioloji çirklənmə riskini artırır və bu da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə mayonezli, xamalı və müxtəlif əlavələrlə hazırlanan salatlar daha həssas qida kateqoriyasına daxildir. Belə məhsullar hazırlandıqdan dərhal sonra soyuducuda saxlanılmalı, uzun müddət açıq havada saxlanılmamalıdır.
Mütəxəssis qeyd edib ki, mağazalardan alınan yarımfabrikat məhsullar ət və xəmir məmulatları da diqqət tələb edir. Bu tip qidaların tərkibində rəf ömrünü uzatmaq üçün əlavə maddələr olsa da, yay aylarında onların tez xarab olma riski daha yüksək olur və həzm sistemi pozuntularına, immun sistemin zəifləməsinə səbəb ola bilər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 01 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















