Icma.az
close
up
RU
Yay bu il yaxşı keçir, şikayətlənməyə dəyməz Ekoloq

Yay bu il yaxşı keçir, şikayətlənməyə dəyməz Ekoloq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakı indiyə kimi belə yaşıllıq görməyib. Yaşıllaşdırma idarəsi nə qədər çalışsaydı da, bu cür yaşıllığa nail ola bilməzdi. Bu, təbiətin işidir, təbiətin möcüzəsidir”


Bu yay dəhşətli istilər olacaq, qış sərt keçəndə yay da isti keçir... Nənələrimizin “proqnozu”du. Yaşlılar həmişə belə deyir, yaya görə qışı, qışa görə yayı, hətta yazın ilk 4 gününü diqqətlə müşahidə edib hər günü bir fəslə bağlamaq kimi inanclar da var. Belə baxanda, nənələrin proqnozu hədəfdən çox da yayınmır. Amma dünyada qlobal isitləşmə, buzlaqların əriməsini, karbon emissiyalarının getdikcə artmasını nəzərə alsaq, yayın ümumən mülayim-isti keçəcəyini gözləmək olar. Dünyada rekord temperaturlarsa qeydə alınmaqdadır. Birləşmiş Ərəb Əmirliklərində havanın temperaturu may ayı üçün rekord səviyyəyə çatıb. "Medicina" xəbər verir ki, Milli Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, şərqdəki Sveyhan rayonunda temperatur 51,6 dərəcəyə yüksəlib, Əbu-Dabidə isə 50,4 dərəcə qeydə alınıb. Bölgədə bu il həmişəkindən daha tez kəskin istilər düşüb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, aprel ayında orta maksimum temperatur rekordu 42,6 dərəcəyə çatıb. BƏƏ səlahiyyətliləri sağlamlıqla bağlı xəbərdarlıqlar edib və insanları günün isti saatlarında açıq havada fiziki fəaliyyətdən çəkinməyə çağırıblar. Bakıda isə yaxın 2 gündə istiliyin 28 dərəcəni keçəcəyi bildirilir. 

Bəs ölkəmizdə, yaşıllıqların azaldığı, binaların çoxaldığı paytaxtımızda yay necə keçəcək? 


Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, adətən əvvəlcədən verilən proqnozlar təsdiqlənmir. Hazırda ölkə ərazisində havalar çox gözəl keçir. Əsl yaz havasıdır. Hazırkı hava mənə ötən əsrin 60-70-ci illərini xatırladır. 

Şəhərimiz yam-yaşıldır. Bakı indiyə kimi belə yaşıllıq görməyib. Yaşıllaşdırma idarəsi nə qədər çalışsaydı da, bu cür yaşıllığa nail ola bilməzdi. Bu, təbiətin işidir, təbiətin möcüzəsidir. Bakı kimi yarımsəhra iqlim şəraitinə malik bir şəhərdə belə mənzərələrlə qarşılaşmaq olduqca xoşdur. Mən deyərdim, əksinə, yay gecikir. O ki qaldı ayrı-ayrı yerlərdə rekord istilərin qeydə alınamsına, bu, hər  region, bölgə üçün spesifikdir. Məsələn, şimal yarımkürəsində, aldığım məlumatlara görə, havalar mülayim keçir. Yüksək dərəcədə istilər yoxdur. Əksinə, məsələn, Rusiyanın şimalında, Sibirdə, o cümlədən Kanadada, şimal ökələrinin bəzisində əvvəlki illərə nisbətən daha mülayim, təsərrüfatlar üçün əlverişli iqlim şəraiti hökm sürür. Ötən il bu vaxt daha isti havalar müşahidə edilirdi. Ayrı-ayrı yerlərdə maksimumlar arta bilər, bu, həmişə olub. Amma ümumən baxdıqda iqlimin qorxulu, təhlükəli tendensiyalarından şikayətlənməyə dəyməz. Bu il həddindən artıq yağıntı olub. Sututarlarda çoxlu su ehtiyatı toplanıb. Süni suvarmaya çox yerdə ehtiyac yaranmayıb. Yağıntının bol olması çox yaxşıdır, kənd təsərrüfatına faydalıdır. İndidən demək ki, yayda qızmar istilər olacaq, doğru deyil. Bakının havası dəyişkəndir. Bir həftə, 10 gün müəyyən tendensiyalar müşahidə edilir, yayda temperatur yüksəlməsi, qışda şaxtalı havalar, bir neçə gündən sonra temperatur normallaşır, külək sərinlik gətirir. Ümumən, narahat olmağa dəyməz. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri