Icma.az
close
up
RU
Yay tətilini uşaqlar üçün necə səmərəli etmək olar? ARAŞDIRMA

Yay tətilini uşaqlar üçün necə səmərəli etmək olar? ARAŞDIRMA

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Məktəblərdə tədris ilinin başa çatması ilə uşaqlar üçün uzun yay tətili başlayır. Bu dövrdə valideynlər ilk növbədə uşaqların gün rejiminin tamamilə pozulmamasına diqqət yetirməlidirlər. Yay tətili istirahət üçün nəzərdə tutulsa da, uşaqların vaxtlarını yalnız telefon, planşet və ya kompüter qarşısında keçirmələri düzgün deyil. Onların fiziki fəaliyyətlə məşğul olmaları, açıq havada vaxt keçirmələri, idman etmələri və ya müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşulmaları həm sağlamlıqları, həm də şəxsi inkişafları üçün faydalıdır.

SİA mövzu ilə bağlı araşdırma edib:

Məsələ ilə bağlı Bakının Nizami rayonunda yerləşən 214 nömrəli tam orta məktəbin psixoloqu Vüsalə Məmmədova bildirib ki, yay tətilinin uşaqlar üçün həm maraqlı, həm də faydalı keçməsi üçün onların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, müxtəlif yaş qruplarına fərqli yanaşmalar tətbiq edilməli, uşaqların inkişaf səviyyəsinə uyğun fəaliyyətlər seçilməlidir.

Psixoloq qeyd edib ki, məktəbəqədər yaş dövründə olan uşaqların inkişafında valideyn iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu yaşda uşaqlarla birlikdə rəsm çəkmək, konstruktorlarla oynamaq, yaradıcı məşğələlər təşkil etmək və maarifləndirici cizgi filmlərinə baxmaq onların həm təxəyyülünü, həm də ünsiyyət bacarıqlarını inkişaf etdirir. İbtidai sinif şagirdlərinin isə yay tətilində ağır dərs yükü ilə yüklənməsi məqsədəuyğun hesab edilmir. Çünki davamlı tədris fəaliyyəti uşaqlarda yorğunluq yarada və məktəbə marağın azalmasına səbəb ola bilər.

Vüsalə Məmmədova vurğulayıb ki, yay ayları uşaqların istirahəti ilə yanaşı, onların intellektual və sosial inkişafı üçün də əlverişli dövrdür. Valideynlər övladlarını telefon və kompüter qarşısında uzun müddət vaxt keçirməkdən çəkindirməli, onları kitab oxumağa, yaradıcı fəaliyyətlərə və ailə daxilində faydalı müzakirələrə təşviq etməlidirlər. Eyni zamanda, yaşıdları ilə ünsiyyət və birgə fəaliyyətlər uşaqların sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.

Psixoloqun fikrincə, xüsusilə 10-15 yaş aralığında olan uşaqların sosial şəbəkələrdən istifadəsi valideyn nəzarəti altında olmalıdır. Bu dövrdə uşaqların riskli internet məzmunlarından və zərərli oyunlardan uzaq saxlanılması vacibdir. Valideynlər övladlarının maraq göstərdikləri idman növlərinə, yaradıcılıq və ya intellektual fəaliyyətlərə qoşulmalarını dəstəkləməli, onların asudə vaxtını düzgün istiqamətləndirməlidirlər. Psixoloq hesab edir ki, uşaqların sağlam, rəngarəng və faydalı yay tətili keçirməsində əsas rol valideynlərin üzərinə düşür”.

Yay ayları uşaqların yeni bilik və bacarıqlar qazanması üçün də yaxşı fürsətdir. Valideynlər övladlarını kitab oxumağa həvəsləndirməli, onların maraq dairəsinə uyğun kurslara, düşərgələrə və ya maarifləndirici tədbirlərə qatılmalarını təşviq etməlidirlər. Eyni zamanda, ailə ilə birlikdə keçirilən vaxt, ekskursiyalar və mədəni tədbirlər uşaqların dünyagörüşünün genişlənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və yeni təcrübələr qazanmasına kömək edir. Bu baxımdan, yay tətilinin düzgün planlaşdırılması uşaqların həm dincəlməsinə, həm də növbəti tədris ilinə daha hazırlıqlı başlamasına şərait yaradır.

Şagirdlər üçün ən yaxşı düşərgələr haradadır?

Yay tətilində uşaqların həm istirahət etməsi, həm də yeni bilik və təcrübələr qazanması üçün ekskursiyalarla zəngin düşərgələr daha faydalı hesab olunur:

”Belə düşərgələrdə şagirdlər müxtəlif tarixi və mədəni məkanlara səfər edir, təbiətlə yaxından tanış olur, komanda işini və ünsiyyət bacarıqlarını inkişaf etdirirlər. Xüsusilə Azərbaycanın bölgələrində təşkil olunan düşərgələr uşaqlara ölkənin tarixi, mədəniyyəti və təbii gözəllikləri barədə məlumat əldə etmək imkanı yaradır.
Valideynlər düşərgə seçərkən proqramın məzmununa, təhlükəsizlik tədbirlərinə, peşəkar nəzarətin olmasına və ekskursiyaların maarifləndirici xarakter daşımasına diqqət yetirməlidirlər.


Yay tətilində uşaqların nitqini və dünyagörüşünü inkişaf etdirmək üçün hansı kitablar tövsiyə olunur?

Mütəxəssislərin fikrincə, yay tətili uşaqlarda mütaliə vərdişinin formalaşdırılması üçün ən əlverişli dövrlərdən biridir. Yaşa uyğun seçilmiş nağıl, macəra, elmi-kütləvi və tarixi mövzulu kitablar uşaqların söz ehtiyatını zənginləşdirir, nitq qabiliyyətini inkişaf etdirir və dünyagörüşünü genişləndirir. Kiçik yaşlı uşaqlar üçün nağıl və hekayə kitabları, yeniyetmələr üçün isə macəra, klassik ədəbiyyat və maarifləndirici əsərlər daha faydalı hesab olunur. Valideynlər oxunan kitablar barədə övladları ilə müzakirələr apararaq onların oxuduqlarını daha yaxşı mənimsəmələrinə və düşünmə bacarıqlarının inkişafına dəstək ola bilərlər.

Yay tətilində uşaqları telefondan uzaqlaşdırmaq və onların fiziki aktivliyini artırmaq üçün hansı idman növləri daha uyğundur?

Mütəxəssislər hesab edirlər ki, yay tətili uşaqların ekran qarşısında keçirdikləri vaxtı azaltmaq və onları daha aktiv həyat tərzinə yönləndirmək üçün yaxşı fürsətdir. Bu məqsədlə uşaqları üzgüçülük, futbol, basketbol, voleybol, tennis, velosiped sürmə, atletika və döyüş idmanı növlərinə cəlb etmək olar. Xüsusilə açıq havada keçirilən məşğələlər uşaqların fiziki inkişafına, sağlamlığının möhkəmlənməsinə və sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.
Təbiət gəzintiləri, yürüşlər və müxtəlif komanda oyunları da uşaqların enerjisini faydalı istiqamətə yönəltməklə yanaşı, onların asudə vaxtını daha maraqlı və səmərəli təşkil etməyə kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri