Yayda 100 ə yaxın şəxs bu şikayətlə təcili yardıma üz tutub Rəsmi
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
2025-ci ilin yay mövsümü ölkə üzrə temperaturun yüksək olması fonunda günvurma ilə bağlı müraciətlərin sayı artıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bu dövrdə ümumilikdə 100-ə yaxın şəxs günvurma şikayəti ilə müraciət edib. Ən çox müraciətlər paytaxt Bakı şəhəri üzrə qeydə alınsa da, bölgələrdən də müxtəlif çağırışlar daxil olmuşdur.Onlardan 76-sı Bakı şəhəri üzrə olub. Müraciət edənlərdən 76 nəfərdən 36-sı aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub. 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.
Bölgələr üzrə - Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və digər rayonlardan ümumilikdə 23 nəfərin çağırışı qeydə alınıb. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə xəstəxanalara yerləşdirilib.
Baxış sayı:107
Bu xəbər 26 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















