Yayda İtaliyaya 66 milyon turistin gəlməsi gözlənilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Roma, 14 may, AZƏRTAC
Yay mövsümündə İtaliyaya 66 milyon turistin gəlməsi, gecələmələrin sayının isə ümumilikdə 267 milyonu ötməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, yay aylarında Apennin yarımadasına turist axınının 2024-cü ildəki göstərici ilə müqayisədə 3,5 faiz artacağı planlaşdırılır. Ziyarətçilərin xərclərinin isə ümumilikdə 39 milyard avro olacağı nəzərdə tutulur. Daxili turizmdə də canlanma proqnozlaşdırılır.
Bundan başqa, cari il üzrə İtaliyanın 246 sahil bələdiyyəsinə və 84 turizm limanına olmaqla ümumilikdə 487 çimərliyə “mavi bayraq” verilib. Ölkədə ən gözəl çimərliklər Liquriya, Apuliya və Kalabriya regionlarındadır.
Qeyd edək ki, “mavi bayraq” ətraf mühitin mühafizəsi, ərazinin idarə olunması ilə bağlı problemləri həll etmək və təkmilləşdirmək öhdəliyi yeninə yetirilməklə 32 meyara əsasən verilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:78
Bu xəbər 14 May 2025 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















