Yayda soyuq pivə içənlərə XƏBƏRDARLIQ Həkim təhlükələrdən danışdı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsti hava ilə əlaqədar olaraq pivənin soyuq halda qəbul edilməsi orqanizmdə müəyyən problemlər yarada bilər.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında tibb elmləri doktoru, professor Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, pivə qida məhsulu hesab olunsa da, normadan artıq qəbul edilməsi bədənə ziyandır:
“Məsələn, xəstələnməmək üçün dondurmanın qışda yeyilməsi tövsiyə olunduğu kimi, yayda da soyuq içkilərə qarşı diqqətli olmaq lazımdır. Pivə tərkibindəki alkoqolun az olması və sərin vəziyyətdə içilməsi səbəbindən insana müvəqqəti rahatlıq hissi bəxş edir. Prinsipcə, pivə qida məhsulu hesab olunsa da, normadan artıq qəbul edilməsi bədənə ziyandır”.
A.Əliquliyev qeyd edib ki, yay mövsümündə sərinləmək məqsədilə hər gün pivə içmək normal bir haldır, amma həddindən artıq içmək asılılığa səbəb ola bilər:
“Xüsusilə ürək-damar və böyrək xəstəliklərindən əziyyət çəkənlərin bu içkidən uzaq durması məsləhətdir. Pivə bədəndə maye balansını artırdığı üçün ürək çatışmazlığı zamanı qan dövranını yükləyə və toksiki təsir göstərə bilər. Həmçinin, şəkərli diabet xəstələrinə də bu içki tövsiyə edilmir; çünki tərkibi karbohidratlarla zəngindir və qandakı şəkərin miqdarını sürətlə yüksəldir. Maddələr mübadiləsi pozulan və piylənmədən əziyyət çəkən şəxslər də pivə qəbulundan yayınmalıdırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















