Yayılan iddialarla bağlı SOCAR dan AÇIQLAMA
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir. Yayılan məlumatlara görə, yanacaq verilişi “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şimal bölgəsində (Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzən rayonları) fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması və “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft bazası sahəsində yanacaq təchizatının məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Bildiririk ki, “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz olaraq həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlər barədə iddialar tamamilə əsassızdır.
Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin davamlı yanacaqla təchizatını tam nəzarətdə saxlayır, tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.
Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmayan məlumatlara etibar etməmələri xahiş olunur”, – deyə məlumatda vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Oktyabr 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















