“Yayımlayırdıq ki, guya əmri biz vermişik” Arayik
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxləri tərəfindən həyata keçirilirdi. “Müdafiə ordusu”nun “komandir”i eyni zamanda “müdafiə naziri” adlandırılırdı. Biz təyinatla bağlı məxfi qərar aldığımız zaman yayımlayırdıq ki, guya bu əmr bizim tərəfimizdən verilib”.
Bunu ağır cinayətlərdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib:
“Qarabağ ordusu” Ermənistan silahlı qüvvələrinin bir bölməsi hesab olunurdu. Təsəvvürümə görə, yuxarıdan-aşağı - baş qərargah rəisindən aşağıya doğru qərarlar verilirdi. Bunlar hamısı məxfi prosedurlarla aparılırdı. Onlarla tanış deyiləm. Düşünürəm ki, bunlara daha dəqiq cavabı Mnatsakanyan verəcək. Əsas hərbi xadim Ermənistanın baş qərargah rəisi idi, həm müharibə, həm də sülh şəraitində.
Müdafiə nazirinin də Ermənistanda bir neçə funksiyaları var. Bilmirəm kimin hansı səlahiyyətləri var, amma əsas cavabdeh baş qərargah rəisi idi. Nəinki silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi, yəni, hər şey”.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Mart 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















