Icma.az
close
up
RU
Yayın əvəzolunmazları Çoxu faydalarından xəbərsizdir

Yayın əvəzolunmazları Çoxu faydalarından xəbərsizdir

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Yay aylarında insanların ən çox təlabat göstərdiyi meyvələrdən biri qarpız və yemişdir. Həm susuzluğu yatıran, həm də bədəni sərinləşdirən bu iki mövsümi meyvə sağlamlıq baxımından da olduqca zəngin tərkibə malikdir. Onların hər ikisi təkcə dadı ilə deyil, orqanizmə verdiyi faydalarla da diqqət çəkir.

Yenisabah.az xəbər verir ki, qarpız əsasən sudan ibarətdir – tərkibinin 90 faizindən çoxu su olan bu meyvə isti yay günlərində bədənin su balansını qorumağa kömək edir. Susuzluqla mübarizədə effektiv rol oynayan qarpız, eyni zamanda A və C vitaminləri ilə zəngindir. Bu vitaminlər immun sistemini gücləndirir, dərini nəmli saxlayır və göz sağlamlığını dəstəkləyir. Qarpızın tərkibindəki likopen adlı güclü antioksidant isə orqanizmi sərbəst radikalların ziyanlı təsirindən qoruyur və bəzi xərçəng növlərinə qarşı müdafiə mexanizmi yaradır. Eyni zamanda, likopen ürək-damar sağlamlığı üçün də əhəmiyyətlidir.

Qarpız az kalorili meyvə kimi arıqlamaq istəyənlər üçün də əlverişlidir. Həzm sistemini yükləmədən doyuruculuq hissi yaratdığı üçün pəhriz menyularında geniş yer alır. Onun tərkibindəki sitrulin maddəsi isə damarların genişlənməsinə yardım edir, qan dövranını yaxşılaşdırır və fiziki performansı artırır. pizza mizza

Yemiş də yay fəslinin vazkeçilməz meyvələrindəndir. Tərkibində yüksək miqdarda su, A, C, B vitaminləri, kalium və lif olan yemiş orqanizmi bir çox yöndən dəstəkləyir. Xüsusilə tərkibindəki beta-karoten maddəsi dərinin yenilənməsini və qorunmasını təmin edir. Yemiş həmçinin sidikqovucu təsirə malikdir, bu da böyrəklərin daha yaxşı işləməsinə və ödemlərin azalmasına səbəb olur.

Yemişin tərkibindəki təbii şəkərlər sayəsində enerji səviyyəsini artırmaq mümkündür. Bu meyvə əzələ ağrılarını azaldır, həzmi asanlaşdırır və bağırsaq fəaliyyətini stimullaşdırır. Həmçinin onun sakitləşdirici təsiri də var – yemiş sinir sistemini rahatladır, yuxusuzluq problemi yaşayanlara faydalı ola bilər.

Hər iki meyvə orqanizmi toksinlərdən təmizləyir və təbii antiinflamatuar təsirə malikdir. Yayda qarpız və yemişin mütəmadi qəbulu bədənin həm fiziki, həm də psixoloji baxımdan balansda qalmasına yardım edir. Bununla belə, bu meyvələri həddindən artıq qəbul etmək də tövsiyə edilmir. Xüsusilə şəkərli diabet xəstələrinin miqdarına diqqət etməsi vacibdir, çünki hər iki meyvənin tərkibində təbii şəkər nisbətən yüksəkdir.

Mütəxəssislər bu meyvələrin təbii və mövsümündə istifadə edilməsini məsləhət görürlər. Həm sağlamlıq, həm də dad baxımından yay süfrələrinin əvəzsiz qonaqları olan qarpız və yemiş, düzgün miqdarda qəbul edildikdə bir çox xəstəliklərin qarşısını almağa yardımçı olur.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri