Icma.az
close
up
RU
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər üçün Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən mina təhlükəsizliyi təlimləri başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlər Füzuli rayonu, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunub. Aprelin 9-da başlayan sessiyalara mayın 23-də Gəncə şəhərində yekun vurulub. 2025-ci il yaylaq mövsümü ərəfəsində, ümumilikdə 12 mina təhlükəsizliyi təlimi keçirilib.

Son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan sessiyalarda azad olunmuş ərazilərdə davranış qaydaları, mina və partlamamış sursatların tanınması, təhlükələrin qarşısının alınması və şübhəli ərazilərdə düzgün hərəkət prinsipləri haqqında ətraflı məlumat verilib. Təlimlərdə iştirak edən fermerlərə müxtəlif növ sursat nümunələri göstərilib, vizual tanıma üçün praktik materiallar təqdim olunub. Həmçinin maarifləndirici təlimat kitabçaları, broşürlər, plakatlar paylanılıb.

Təlimləri uğurla başa vuran fermerlər, işğaldan azad edilmiş yaylaq ərazilərində fəaliyyət göstərə bilmələri üçün davranış qaydalarına dair iltizamnamə imzalayıblar. Bu sənədi imzalamış fermerlər yalnız bundan sonra yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Tədbirlərə Kəlbəcər və Laçın yaylaqlarında mövsüm keçirməyi planlaşdıran 4276 fermer qatılıb. Təlimləri uğurla tamamlayan fermerlərin bir hissəsinə artıq azad olunmuş ərazilərə daxil olmaq üçün uzunmüddətli icazələr təqdim olunub. Hazırda fermerlərin yaylaqlara köçü mərhələli şəkildə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri